Mobil versiya
Bu, Ermənistana verilmiş çox ciddi cavabdır - Politoloq
Tarix: 24-09-2021 | Saat: 13:00
Bölmə:Siyasət | çapa göndər

Bu, Ermənistana verilmiş çox ciddi cavabdır - Politoloq

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışı ilə 44 günlük Vətən müharibəsindən sonra formalaşmış reallıqları, bölgə düzəninin yeni quruluşunu və bölgüsünü dünya dövlətlərinin, eləcə də nüfuzlu beynəlxalq təşkilatın diqqətinə çatdırdı.

Bu sözləri politoloq Qabil Hüseynli ölkə başçısının BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışına münasibət bildirərkən deyib.

“Ölkə Prezidentinin müraciəti bölgədə yaranmış reallıqların nəzərə alınması ilə bağlıdır. Bu reallıqların ən diqqətçəkən tərəfi Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini hərbi-siyasi yolla həll edərək özünün ərazi bütövlüyünü təmin etməsidir. Digər bir reallıq isə bölgədə bəzi qüvvələrin, eləcə də Ermənistanın səyləri nəticəsində formalaşdırılmış qondarma "dağlı qarabağ respublikası" deyilən bir qurumun aradan qaldırılmasıdır. Bu gün həmin ərazilərdə Azərbaycanın Qarabağ adlı iqtisadi ərazi vahidi mövcuddur. Həmin iqtisadi ərazi həmçinin Şərqi Zəngəzur iqtisadi zonası ilə birlikdə Azərbaycanda formalaşmış yeni reallıqları təsdiq edir.

Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak edən ölkələrin başçılarına müraciət edərək bildirdi ki, bundan sonra bölgədə yaranmış bu reallıqları nəzərə alsınlar. Bu, Azərbaycan tərəfindən vaxtında və yerində atılmış addımdır. Bu, Ermənistanda hələ də özünü göstərməkdə olan separatçı qüvvələrə verilmiş çox ciddi bir cavabdır. Eyni zamanda Azərbaycanın beynəlxalq münasibətlər sistemində bundan sonra oynayacağı rola yeni baxışdır”, - politoloq deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının bu gün keçirilən 76-cı sessiyasında videomüraciət formatında çıxış edib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024