Mobil versiya
Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı yüksək nəticə göstərən tələbələri mükafatlandırdı
Tarix: 24-09-2021 | Saat: 13:09
Bölmə:Siyasət | çapa göndər

Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı yüksək nəticə göstərən tələbələri mükafatlandırdı

Oğuz Rayon Mədəniyyət Mərkəzində 2021-2022-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış gənclərlə rayon ictimaiyyəti nümayəndələrinin görüşü keçirilmişdir.

Görüşdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi və 44 günlük Vətən Müharibəsində torpaqlarımızı işğaldan azad edərək şəhidlik zirvəsinə ucalmış Vətən oğullarının xatirə kompleksi ziyarət edilmiş, dərin ehtiramla gül dəstələri düzülmüşdür.

Tədbiri giriş sözü ilə açan Oğuz Rayon Təhsil şöbəsinin müdiri Anar Məcidov 2020-2021-ci dərs ilində rayon üzrə nəticələr barədə geniş məlumat vermiş, ağır pandemiya dövründə qazanılan nailiyyətlərdən danışmışdır. O, bu uğurların təkbaşına qazanılmadığını, bu işin öhdəsindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə diqqət və qayğısı sayəsində əldə olunduğunu görüş iştirakçılarının nəzərinə çatdırmışdır. Anar Məcidov onu da vurğulamışdır ki, 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə Milli Məclisin deputatı Aqiyə Naxçıvanlının hər il ali məktəblərə qəbul olunmuş məzunlarla, rayon gəncləri ilə görüşlər keçirməsi və onlarla fərdi söhbətlər aparması şagirdlərdə böyük stimul yaratmışdır. O, deputatın gənclərə ixtisas seçimi ilə bağlı verdiyi məsləhətlərin bəhrə verdiyini qeyd edərək, Oğuz gənclərinin yaxın gələcəkdə rayonun iqtisadiyyatının, təsərrüfatının və turizmin inkişafında öz töhfələrini verəcək ixtiaslara yiyələndiklərini bildirdi.

Tələbə adını qazanmış Cahan Ənsərli yüksək maddi texniki bazaya malik yaraşıqlı məktəb binalarını və təhsil almaq üçün gözəl şəraiti onlara yaratdığı üçün şəxsən ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildirdi.

Tədbirdə çıxış edən digər natiqlər də yüksək bal toplayıb ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini təbrik etmiş, gənclərə uğurları ilə daha yüksək zirvələri fəth etməyi arzuladılar.

Tədbirin sonunda deputat Aqiyə Naxçıvanlı ənənəsinə sadiq qalaraq 650-dən yuxarı bal toplayan tələbələrə noutbuklar hədiyyə etmişdir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024