Mobil versiya
Hacı, Məşədi, Kərbəlayı adları qadağandır
Tarix: 02-05-2016 | Saat: 13:56
Bölmə:Gündəm | çapa göndər

Hacı, Məşədi, Kərbəlayı adları qadağandır

2010-cu ildə qəbul edilən qərara əsasən, dünyaya gələn uşaqlara yeni qaydada adlar qoyulmalıdır. Bu qaydalara əməl etməyən qeydiyyat şöbələri cəzalandırılacaq.
Aia.az bildirir ki, bunu azvision.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Terminologiya Komissiyası sədr müavini Sayalı Sadıqova deyib.

AMEA rəsmisi bildirib ki, 2010-cu ildən sonra dünyaya gələn uşaqlara soyadlar "ov", "yev"-lə yox, "lı", "li", "lu", "lü", "gil", "zadə" ilə qoyulmalıdır.

Milli Məclisə bununla bağlı təkliflər verildiyini deyən S.Sadıqova müvafiq qərarın qəbul olanacağını vurğulayıb.

"Hazırda bu istiqamətdə işlər gedir. Məsələ Milli Məclisin gündəmindədir. Qərar 2010-cu ildən sonra dünyaya gələn uşaqlara aiddir. Buna baxmayaraq yeni doğulan uşaqlara köhnə soyadların qoyulması müşahidə olunur. Bu da qeydiyyat idarələrinin öz işini düzgün qurmamasından irəli gəlir. Bununla bağlı qeydiyyat şöbələrinə Terminologiya Komissiyasının qərarı verilib. Məsələ ilə bağlı monitorinq aparılacaq. Monitorinqlər nəticəsində qayda pozuntusu edən qeydiyyat şöbələrinə cəza tədbirləri görüləcək".

Mürəkkəb adlarla bağlı məsələyə toxunan Səyalı Sadıqova qeyd edib ki, Azərbaycanda seyid nəslinin nümayəndəsinin göstəricisi olan "Mir" sözündən başqa digər mürəkkəb adlar qadağan olunub.

Komissiyanın sədr müavini qeyd edib ki, yalnız seyid nəslindən olanlar yeni doğulan uşaqlara verilən adların əvvəlində "Mir" sözünü əlavə edə bilərlər.

"Bəzi adlar var ki, onların əvvəlində "Hacı", "Əfəndi", "Məşədi", "Kərbəlayı" sözləri var. Azərbaycanda bu adlar qadağan olunub. Yalnız "Mir" sözü saxlanılıb".

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-12-2024