Mobil versiya
Təcili yardım niyə vaxtında çatmır?
Tarix: 02-05-2016 | Saat: 13:54
Bölmə:Səhiyyə | çapa göndər




Bakıda təcili tibbi yardım stansiyalarına edilən çağırışların sayında azalma müşahidə edilir.

Aia.az bildirir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə şöbəsinin böyük həkimi Bənövşə Quliyeva Trend-ə deyib ki, qışda insanlarda kəskin resperator virus infeksiyalarına daha çox rast gəlindiyindən cağırışların sayı da artmışdı.

B.Quliyeva deyib ki, son günlərdə uşaqlarla bağlı da təcili tibbi yardım stansiyalarına edilən çağırışların sayı azalıb: "Qış aylarında kəskin respirator virus infeksiyaları artmışdı. Bu infeksiyalara görə uşaqlarla bağlı edilən çağırışların sayı daha çox üstünlük təşkil edirdi. Aprelin 1-ci yarısına qədər belə çağırışlar olurdu, amma indi onların da sayı azalıb".

Təcili tibbi yardım briqadaları tərəfindən 1 yaşadək olan uşaqlarla bağlı çağırışlara xüsusi diqqətin göstərildiyini də deyən B.Quliyeva qeyd edib ki, yay dövrünün başlaması ilə əlaqədar çağırışların sayında yenidən artımın olacağı gözlənilir.

Yay aylarında çağırışların, əsasən, günvurma, suda batma, qida pozğunluğu ilə bağlı olduğunu deyən böyük həkim əlavə edib ki, qışla müqayisədə yay aylarında qida pozğunluğuna görə təcili tibbi yardım stansiyalarına müraciətlərin sayı çox olur: "Adətən, çağırışlar həmişə günün ikinci yarısında daha çox daxil olur. Axşam saat 8-dən gecə 12-dək bizdə "pik saatı" olur. Təzyiq, ürək tutmalar və s. ilə bağlı çağırışlar daha çox bu saatlarda stansiyalara daxil olur. Buna görə də axşam saat 5-dən başlayaraq, bizim bütün yardımçı stansiyaların briqadaları tıxac olan yollarda, ərazilərdə dayanırlar ki, ünvana tez çatsınlar".

B.Quliyeva bəzi binaların qarşısında baryerlərin olmasının onlar üçün problemlər yaratdığını və bu səbəbdən də təcili tibbi yardım briqadalarının ünvana tez çata bilmədiyini də söyləyib.

Onun sözlərinə görə, bəzən xəstələrin maşına xərəklə çatdırılması tələb olunur: "Amma bır sıra binaların qarşısında baryerlərin olması buna maneə yaradır. Müəyyən binaların qarşısında baryerlər olduğundan bizim maşınlar blokun qarşısına keçə bilmirlər. Bu da bizim üçün çox böyük problemlər yaradır. Həkimlər də məcbur olurlar ki, ayaqla düşüb getsinlər, xərəyi daşısınlar"

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024