Mobil versiya
Parlamentdə işğaldan azad olunmuş ərazilərdə tarixi adların bərpası ilə bağlı təkliflər səsləndirilib
Tarix: 22-09-2021 | Saat: 16:19
Bölmə:Siyasət | çapa göndər

Parlamentdə işğaldan azad olunmuş ərazilərdə tarixi adların bərpası ilə bağlı təkliflər səsləndirilib

Sentyabrın 22-də Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Milli Məclisdən aia.az-a verilən məlumata görə, onlayn iclasda komitə sədri Siyavuş Novruzov komitənin fəaliyyəti barədə geniş məlumat verib və parlamentin payız sessiyası çərçivəsində iş planı haqqında danışıb.

S.Novruzov iş planı ilə bağlı bildirib ki, qarşıdakı sessiya ərzində qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan qanun layihələrinin müzakirəsi, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində qanunlara dəyişikliklərin edilməsi, həmçinin aidiyyəti qurumlarla, yerli idarəetmə orqanları ilə dinləmələrin keçirilməsi kimi məsələlər nəzərdə tutulub.

İclasda komitə üzvləri Nizami Cəfərov, Səbinə Xasayeva, Aqil Məmmədov, Kamran Bayramov, Tahir Rzayev, həmçinin Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid çıxış edərək gündəliyə dair fikirlərini bildiriblər, işğaldan azad olmuş ərazilərdə tarixi adların bərpası, bələdiyyələrin işinin təşkili və digər məsələlərlə bağlı təkliflərini səsləndiriblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2025