Mobil versiya
Ermənistan Türkiyə ilə yüksək səviyyədə danışıqlara başlamağa hazırdır - Paşinyanın mətbuat katibi
Tarix: 20-09-2021 | Saat: 13:25
Bölmə:Siyasət | çapa göndər

Ermənistan Türkiyə ilə yüksək səviyyədə danışıqlara başlamağa hazırdır -

Ermənistan Türkiyə ilə yüksək səviyyədə danışıqlara başlamağa hazırdır.

Trend-in məlumatına görə, bunu TASS agentliyinə açıqlamasında Ermənistan baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan deyib.

O bildirib ki, Yerevan və Ankaranın rəsmi şəxsləri arasında səmərəli təmaslar başlayacağı təqdirdə, bu, baş tuta bilər:

"Hələlik rəsmi şəxslər arasında təmas olmayıb, Ermənistan Nazirlər Kabineti bu cür təmaslara, eləcə də yüksək və ali səviyyədə görüşlərə hazırdır".

Xatırladaq ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan N.Paşinyanın onunla görüş keçirmək istədiyini bildirmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2025