Biliyin təbiəti
Tarix: 15-09-2021 | Saat: 14:33
Bölmə:Təhsil | çapa göndər
Yer üzərində tərəqqi və inkişaf prosesi mövcud biliklərdən məqsədyönlü istifadəsi və yenilərinin əldə olunması hesabına təşəkkül tapmışdır. İnsanlar təbiətdə baş verən hadisələrlə birgə yaşayaraq onları müşahidə etmiş, baş vermə səbəblərini məqsədyönlü şəkildə öyrənmiş, əldə etdikləri biliklərin köməkliyi ilə təbiət hadisələri haqqında bir sıra əsas məlumat və anlayışlar formalaşdırmışlar. Bu məlumat və anlayışlar bizim bütün müasir təsəvvürlərimizin, biliklər sistemimizin əsasını təşkil edirlər.
İnsanlar bütün dövrlərdə biliklərə önəm vermiş, onların köməkliyi ilə öz seçimlərini çoxaltmış, bacarıqlarını artırmışlar. Qazandıqları bilik və bacarıqlar hesabına növbəti məqsədlərindən birinə çatan insanlar onu daha da inkişaf etdirmişlər. Növbəti problemlərin həlli üçün isə yeni biliklərin axtarılması işini davam etdirmişlər.
Biliklər insan fəaliyyətini yönəltmiş, dövlətin və cəmiyyətin formalaşmasında, elm və tərəqqinin inkişafında müstəsna rol oynamışlar. Qədim dövrlərdən başlayaraq bir çox yerlərdə qeyri-adi istedada malik bilik sahiblərinə xüsusi diqqət göstərilmiş, filosof, alim, xoca, müəllim deyə hörmətlə yanaşmış, dəyər vermişlər.
Dünya xalqları biliklərin öyrədilməsinə önəm və dəyər vermiş, onların daima diqqət mərkəzində qalması və təbliğ olunması məqsədilə çoxlu sayda aforizmlər, nağıllar, dastanlar söyləmişlər. Sokratın “Tək bir şey bilirəm, o da heç bir şey bil¬mədiyimdir” fəlsəfəsi çoxlu sayda yeni biliklərin kəşfinə təkan verdi. Konfutsinin “Bilik sahibi olmadan fikir sahibi olma” kimi çağırışları biliklərə olan maraqları zaman-zaman artırdı.
İslam dinində biliyə, bilikli adamlara xüsusi dəyər verilir. Şərqdə bu dinin yayıldığı ölkələrdə elmin inkişafı sürətləndi. Quranın “Zümər” surəsinin 9-cu ayəsində buyurulur: “De ki, bilənlərlə bilməyənlər eyni ola bilərmi?” Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Bilik qazanmaq hər bir müsəlmana vacibdir”. İmam Əlinin (ə): “Bilik ağlın çırağıdır. Heç bir şərafət bilik kimi deyil” kimi bir çox fikirləri bəllidir. Ağıllı insanlar əsl xoşbəxtliyi dövlətli olmaqda deyil, bilikdə, savadda görmüşlər. Böyük Azərbaycan şairi Məhəmməd Füzuli “Mətlə ül-etiqad” əsərində yazır: “Beləliklə, müxtəlif əqidə sahiblərinin təriqətləri ilə tanış oldum və onların faydalısını mənimsədim. Zaman tələb edirdi ki, bunların mövcudiyyəti qorunub saxlansın və əsrarı gizli qalmasın. Buna görə onları mühafizə etmək üçün dörd rüknü (sütunu) olan bir ev tikdim; belə ki, onun hər bir təməlində imam bağına açılan bablar (qapılar) vardır. Belə bir binanı “Mətlə ül-etiqad fi-mərifəti-l-məbdəi vəl-məad”- məad mənşə və qayıdış yerini tanımağa aid (etiqada giriş) adlandırdım. Belə ki:
Birinci rükn, elm biliyi (mərifəti) və bilik (mərifət) elmi haqqındadır.
İkinci rükn, aləmin vəziyyətlərinin biliyi haqqındadır.
Üçüncü rükn, vacibə (Tanrıya) aid bilik haqqındadır.
Dördüncü rükn, peyğəmbərliyə və ona aid olanlara dair biliklər haqqındadır”.
Daha sonra o bilikləri iki yerə bölərək, birincinin Tanrı ilə bağlı olduğunu, ikincinin isə insanları öyrənməli olduğunun vacibliyini qeyd edir: “Birincisi, cəhlin ardı olmayan elmdir (yəni, elə elmdir ki, ondan qabaq cahil olmamış), bu da Tanrının elmidir.
İkincisi, cəhldən sonrakı elmdir ki, bu bizim elmimizdir (yəni, insanların öyrəndiyi elmdir). Bu sonuncu, təsəvvür və təsdiq (mərhələlərinə) bölünür. Belə bir elm bilik adlanır: çünki o, bir bildirəndən (öyrədəndən) asılıdır”.(Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. V cild. Bakı, “Şərq-Qərb”, 2005, 224 səh. )
Biliklər gündəlik təcrübədən, hadisələri müşahidə etmək və praktik fəaliyyətin təhlilindən yaranır. Biliklərin alınmasında insan mütləq iştirak edir. Burada önəmli olan məsə¬lə¬yə: bilik nədir? necə əldə olunur? mənbəyi varmı və varsa nələrdir? əldə olun¬ma¬sı yol¬la¬rı,¬ gerçək hesab oluna bilərmi? harada? nə üçün? necə istifadə olunur? suallarına ca¬¬vab tapmaq üçün onun fəlsəfəsini araşdırmalıyıq.
Bildiyimiz kimi fəlsəfə ictimai şüur formalarından biri olmaqla varlığın, yəni təbiət və cəmiyyətin, insan təfəkkürünün və idrak prosesinin tabe olduğu ən ümumi qanunauyğunluqlar haqqında elmdir. Fəlsəfə gerçək varlığı və bu varlığın özündə gizlənmiş sirlərinin səbəblərini araşdırır, sistemləşdirir və kainatı qavramaq istəyən insanın nəzəri araşdırmalarının bütünüdür.
“Fəlsəfə” sözündən 2500 il bundan əvvəl qədim Yunanıstanda istifadə etməyə başlamışlar. “Fəlsəfə” sözünün yaranmasını yunan alimi Pifaqorla bağlayırlar. Yunan mənşəli filo-sevgi, sofiya isə bilik, biliklər mənasını bildirən iki sözdən əmələ gəlmiş, yeni biliklər əldə edən və ya mövcud olanları araşdıran adamlara isə filosof demişlər. Qədim yunan filosoflarının fəlsəfə anlayışı ilə bağlı fərqli fikirləri mövcuddur. Sokratın fikrincə, fəlsəfə bilmədiklərimizi bilmək, “özünü tanımaq”, Platona görə həqiqi olanları bilmək, Aristotelə görə ilk olanları, səbəb və nəticəni bilmək, Epikürə görə isə xoşbəxt bir həyat elmidir.
Orta əsr filosofları Farabinin, Kindinin, Augustinin fikrincə fəlsəfə əsas yaradıcının nə olduğunu bilməkdir. Sokrat kimi İslam filosofu Kindiyə görə də fəlsəfə insanın özünü tanımasıdır. Origenə görə, fəlsəfə mövzusu dinin mövzusu ilə eynidir. İbn Sinaya görə, fəlsəfə ən doğru və ən sağlam bilikdir; əsl hikmət bütün var olanın ilk yaranma səbəblərini bilməkdir. Əbu Hamid əl-Qəzali görə, fəlsəfə şübhədir (skeptisizm). Şübhə dəqiq məlumat əldə etmək üçün fəlsəfi bir yanaşmadır. İngilis filosofu-rahibi Roger Baconnun (Rocer Bekon) fikrincə, fəlsəfənin vəzifəsi insanların xoşbəxtliyi və rifahı üçün lazım olanları etməkdir.
Son dövr filosoflarından olan italyan Cordano Bruno fikrincə, fəlsəfənin vəzifəsi təbiəti bilmək, Frensis Bekonun fikrincə, fəlsəfə təcrübə və müşahidəyə əsaslanan elmi məlumatlar haqqında düşünməkdir. Tomas Hobbsa görə, fəlsəfə doğrunu tutmaq, düşünməkdir. Kanta görə isə fəlsəfə biliyin necə ola biləcəyini öyrənməkdir.
Elmi biliklərin tarixi ilə bağlı tədqiqatlar göstərir ki, elmi inkişaf şərqlə qərb arasında zaman-zaman yerini dəyişsə də inkişafını davam etdirmişdir. Elmi biliklər əvvəlcə Şərq sivilizasiyasında inkişaf etmiş, daha sonralar isə Yunan dünyasına köç etmiş və Qərbə keçərək mövcudluğunu əhatəli və əlaqəli şəkildə davam etdirmişdir. Elmi biliklərin inkişafının əsasən dörd mərhələyə bölünməsi elmdə bəlli məsələdir:
1. Misir və Mesopotamiya sivilizasiyaları ilə üst-üstə düşən eksperimental biliklərin toplama mərhələsi.
2. Qədim Yunanıstanda kainatı şərh etməklə bağlı sistemli biliklərin formalaşması mərhələsi.
3. Bir tərəfdən Yunan fəlsəfəsini xristian dininin təsiri ilə uzlaşdırmağa çalışan Qərb, digər tərəfdən “Elm Çində olsa belə, gedib öyrənin” deyən, elmi fəaliyyəti vacib hesab edən, yeni nailiyyətlərə yönəldən İslam dünyasının inkişaf etdiyi Orta əsrlər mərhələsi.
4. İntibah və ondan sonra başlanan inkişafların davamı olan müasir elm mərhələsi.
Müxtəlif dövr filosoflarının düşünmə tərzinin müqayisəsi göstərir ki, fəlsəfəyə ortaq bir tərif vermək mümkün deyil. Ancaq təriflərdən də göründüyü kimi, fəlsəfə ilə biliklər, elm arasında qaçılmaz bir əlaqə mövcuddur. Elmdən fərqli olaraq fəlsəfə təbiət və cəmiyyətlə bağlı gerçəkliyi bir tam olaraq qavrayıb araşdırmağa və sistemləşdirməyə çalışır. Həm də dərketmə elm aləmi ilə məhdudlaşmır, ondan kənarda da bu və digər formada ictimai şüur formalarına məxsus biliklər mövcuddur.
Fəlsəfənin elm kimi öyrəndiyi sahələr çoxdur. Onlardan bilik, elm və təhsillə daha sıx bağlı olan: Ontologiya, epistemologiya, aksiologiya və məntiq istiqamətlərinə diqqət yetirək.
Ontologiya (yunan sözü:ὄντος-var olan, λόγος- təlim) varlıq haqqında təlimdir. Varlıq sözü “var olmaq”, “mövcud olmaq”, “üzə çıxmaq”, “reallıq” və s. mənalarını verir. Fəlsəfə elmində varlığın müxtəlif formaları kimi materiya, şüur, ideyalar, hisslər, insanların fantaziyaları və sair qəbul olunur.
Ontologiya var olanı tam bir anlayış kimi araşdıraraq, onun nə olduğu və bəlli olmayan tərəflərinə də aydınlıq gətirməyə çalışan fəlsəfənin bir sahəsidir. Bu anlayışdan ilk olaraq Aristotel istifadə etmişdir. Aristotelin antologiyası var olanı var olduğu kimi, ilk öncə olan nə olduğunu öyrənməkdən ibarətdir. Ontologiyanın ən önəmli sualı; “İlk olan nədir?” “hər şeyin başlanğıcı nədir?” “bütün varlıqların ilk tozu-zərrəciyi nədir?” Məna etibarı ilə eyni olan bu suallarla bağlı yunan filosoflarının hər birinin bir-birindən fərqli özünəməxsus fəlsəfi düşüncələri elmə bəllidir. Hər şeyin ilk başlanğıcının Fales su, Anaksimandr apeyron (əbədi hərəkətdə olan, sonsuz, qeyri-müəyyən, keyfiyyətsiz materiyanı ifadə etmək üçün Anaksimandrın tətbiq etdiyi anlayış Yunan dilindən Avropa dillərinə keçmişdir, hərfi mənada sonsuz, hüdudsuz dumanlı, bulanlıq maddə deməkdir.), Anaksimen hava, Herakl od, Pifaqor ədədlər (sayı), Empedokl torpaq, su, hava və od, Demokrit atomlar, Platon ideya, Aristotel enerjini, Dekart Tanrı, Spinoza tanrı və təbiət, Marks maddə... olduğunu hesab edirdilər. Ontologiya ayrıca olaraq Allah varmı? və ya yoxdur, insan nədir? kainat ağılla şərh olunan bir nizam içindəmi? kimi sualları da cavablandırmağa çalışır. Müasir ontologiya elmi var olanla, var ola biləcəkləri araşdırır, elmi biliklərdən düzgün formalaşması və istifadəsini əsaslandırır, elmdə cavabı tapılmayan bir çox sualların müzakirəsinə və həllinə yol açır.
Epistemologiya (yunan sözü: ἐπιστήμη — bilik, bacarıq və λόγος — təlim) – biliyin təbiəti, əhatəsi və qaynağını öyrənən fəlsəfənin bir sahəsidir. Bu termini ilk dəfə fəlsəfə elmində şotland filosofu Ceyms Frederik Feryer “Metafizikanın əsasları” (1854) kitabında işlətmişdir. Bir qayda olaraq biliklərin bir ucunda insan düşüncəsi digər tərəfində isə həqiqət vardır. Bilik nədir? mənbəyi varmı, varsa nələrdir? doğru hesab etmək olarmı? doğruluğun ölçüsü nədir? mütləq doğru olan bilik varmı? kimi suallara cavab axtaran epistemologiyanın mövzusu əldə olunan biliklərin mütləq olub olmadığını araşdırmaqdır. Bu gün təhsildə önəmli məsələlərdən biri də təlim prosesində yeni biliklərin gətirilməsi, eyni zamanda onların kəşfi və axtarışıdır.
Aksiologiya (yunan sözü: ἀξία -dəyər, λόγος- təlim) mədəniyyətin və fəlsəfənin bir istiqaməti olaraq etik, estetik, epistomoloji insani dəyələrin nə olduğunu öyrənən elmdir. Fəlsəfi düşüncənin təməlləri olaraq ontologiya və epistemologiyadan sonra isə oksiologiya üçüncü sahə hesab edilir. Ontologiyanın köməkliyi ilə hər hansı bir varlığın olması, epistemologiyanın köməkliyi ilə bu varlıqla bağlı biliklərin həqiqiliyini təsdiqləyirik. Aksiologiyanın köməkliyi ilə isə var olanın epistemoloji həqiqətlərindən istifadə edərək nəzəri və praktik işlər görürük.
Apriori bilik təcrübəsindən kənarda qalan biliyin doğru qəbul edilməsidir. İdealist fəlsəfədə apriori aposterioridən fərqli olaraq təcrübədən əvvəl və təcrübədən asılı olmadan əldə edilən və başlanğıc şüura xas biliyi ifadə edir. Aposteriori isə aprioridən fərqli olaraq, təcrübədən alınmış bilik kimi qəbul olunur.
Aksiologiya eyni zamanda “tərbiyəli-tərbiyəsiz, yaxşı-pis, xeyir-şər, xoşbəxtlik-bədbəxtlik, vicdanlı-vicdansız və s. kimi dəyərlərə də aydınlıq gətirir. Bundan başqa “insani dəyərlərin mənbəyi nədir, varmı və ya yoxdur, varsa onlar təbiətdən və ya insandanmı qaynaqlanır?”, “əxlaqı yaxşı-pis kimi kateqoriyalara ayırarkən nələr ölçü olaraq götürülə bilər?”, “bunların ölçüləri nələrdir?”, “bu ölçülər həmişə belə olub, yoxsa indimi belədir?” Əxlaq insan davranışı ilə əlaqəli olduğundan, insan tərəfindən istifadə olunan bütün dəyərlər aksiologiyanın predmetidir. Yunan alimlərindən Demokrit əxlaq qurucusu, Sokrat isə əxlaq filosofu kimi tanınır.
Məntiq (yun. λογική) - mülahizələr haqqında, dərketmənin qanunları, metodları və formaları haqqında elmdir. Məntiq haqqında biliklər təfəkkürlə alındığından, onu düzgün təfəkkür haqqında elm kimi də qəbul etmək olar. Məntiq düşünmə yolu ilə bəlli olanlar arasında əlaqələr qurmaqla bildiklərmizdən bilmədiyimiz biliklərin çıxarılması prosesidir. Eyni zamanda məntiq təsdiq və ya təkzib metodları haqqında elm kimi də qəbul edilə bilər. Məntiqin əsas vəzifəsi bütün dövrlərdə eyni olub: nəticə çıxartmaq, mümkün olan hər şeyi tədqiq və analiz etməkdir. Məntiqə əsasən belə hesab edilir ki, nəticə obyektin məzmunundan deyil, onu tədqiq metodlarından birbaşa asılıdır.
Gündəlik həyatda olduğu kimi, elmdə də hər cür yeni bilik yalnız metodların tətbiqi ilə qazanılır. Elmlərin nəzəri hissələri fəlsəfə kimi qəbul edilə bilər. Elmi-tədqiqat laboratoriyalarında sübuta yetirilməklə qazanılan biliklər isə fəlsəfənin deyil elmin mövzusuna çevrilir. İnsan idrak prosesi nəticəsində əvvəllər ona məlum olmayanı kəşf edir, bu yeni bilik hesab olunur. “Bilik”- ilk növbədə həqiqətin insan beynində əks olunması kimi başa düşülür. Bilik-insanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında məlumat toplusudur. Bir-bir ilə sıx əlaqədə olan və məntiqi yolla biri digərindən alınan biliklər müəyyən qrup, biliklər sistemi kimi formalaşaraq müxtəlif elmlərin əsasını təşkil edirlər.
Bu gün elmi yollarla əldə olunan biliklər ən doğru biliklər hesab olunur. Elmi biliklərin özünəməxsus xüsusiyyətləri vardır. Bu müəyyən bir sahəyə mənsub olan elmi biliklərə dair müvafiq araşdırma və yoxlama metodunun olmasıdır. Elmi metod adlanan bu üsul həm məlumatın əldə edilməsində, həm də əldə edilən məlumatların yoxlanılmasında istifadə olunan bir vasitədir.
Elmilik dərəcəsinə görə biliklər iki yerə bölünür: Elmi biliklər və elmə aid olmayan kənar biliklər. Elmi biliklərin özü də iki yerə bölünür:
- təcrübə və müşahidəyə əsaslanan empirik biliklər;
- bəlli faktlar və abstrakt modellərin analizi nəticəsində əldə olunan nəzəri biliklər.
Bütün hallarda elmi biliklər empirik və ya nəzəri yollarla sübuta yetirilməlidir. Elmdən kənar biliklərə isə elmin şərh edə bilmədiyi, və ya elmi əsaslara söykən¬mə¬yən bilikləri aid etmək olar. Bura ayrı-ayrı şəxslərin (ekstrasenslər, şamanlar, adət¬lər və s.) düşüncəsinin məhsulu olan bilikləri də aid etmək olar.
İndiki zamanda bir çox fəaliyyət sahələri modernləşir. Bu fəaliyyət sahələri insanlardan yeni biliklər və bacarıqlar tələb edir. Xüsusilə də əməyin biliklərlə əvəzlənməsi prosesi artmaqdadır. Yaxın gələcəkdə ənənəvi peşələrin yaradıcılıq və ideyaların hasilatı ilə səciyyələnən yeni fəaliyyət növü ilə əvəz olunması ehtimalını artırır. Son dövrlərdə “biliklərə əsaslanan cəmiyyət”, “informasiya cəmiyyəti”, “informasiya iqtisadiyyatı”, “intellektual idarəetmə”, “intellektual iqtisadiyyat”, “intellektual idarəetmə mərkəzi” “intellektual idarəetmə sistemləri”, “ağıllı robotlar” kimi terminlərin tez-tez işlənməsi təsadüfi deyildir. BMT-nin insan inkişafı Proqramında əmək-dəyər nəzəriyyəsini “biliklərə əsaslanan dəyər” (“knowledge-value”) nəzəriyyəsinin getdikcə sıxışdırdığı qeyd olunur. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda insan kapitalının inkişafı, bilik və innovasiyalara əsaslanan inkişafı prioritet təşkil edir.
Fizika – riyaziyyat üzrə fəlsəfə doktoru, Pedaqoji elmlər doktoru, Bakı Dövlət Sosial İqtisadi Kollecinin direktoru Vidadi Orucov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu