İsrailin Qəzzaya hücumu nəticəsində yaralanan fələstinli milli futbolçu dünyasını dəyişib
Tarix: 03-07-2025 | Saat: 21:49
Bölmə:Özəl | çapa göndər

Ötən həftə İsrail ordusunun Qəzza zolağına hücumları zamanı yaralanan Fələstin millisinin sabiq futbolçusu Məhəmməd Fadl əl-Li vəfat edib.Klub sosial media hesabından açıqlama yayaraq, Linin keçən həftə Qəzza zolağının mərkəzindəki Meqazi Qaçqınlar Düşərgəsindəki ailəsinin evinə İsrail ordusunun hücumu nəticəsində yaralandığını bildirib.
Klubun qəhrəmanı və ulduzu kimi qələmə verilən fələstinli kapitanın aldığı ağır yara nəticəsində həyatını itirdiyi bildirilib. Futbolçu karyerasını Megazi Services Club-da davam etdirən Li daha əvvəl milli komandanın formasını geyinmişdi.
Fələstin Futbol Federasiyası Qəzzada bir çox klubda forma geyinən fələstinli futbolçu Mustafa Əbu Əmirənin də bir gün əvvəl İsrail hücumunda həyatını itirdiyini açıqlayıb.
Federasiya 29 iyun tarixli hesabatında İsrailin 7 oktyabr 2023-cü ildə Qəzza zolağında başlatdığı soyqırımdan sonra Qəzza zolağı və İordan çayının qərb sahilində müxtəlif idman sahələrində 785 oyunçu və ya idarəçinin həyatını itirdiyini bildirdi.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-07-2025