AZ RU Mobil versiya
Hulusi Akar Azərbaycan Ordusunun Baş Qərargah rəisi ilə görüşüb
Tarix: 13-09-2021 | Saat: 16:21
Bölmə:Manşet / Siyasət | çapa göndər

Hulusi Akar Azərbaycan Ordusunun Baş Qərargah rəisi ilə görüşüb

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyevi qəbul edib.

aia.az-ın məlumatına görə, bunu Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər də iştirak edib.

K.Vəliyevi Baş Qərargah rəisi təyin olunması ilə bağlı təbrik edən H.Akar Türkiyənin "Bir millət, iki dövlət" anlaylışı ilə hər zaman haqlı mübarizəsində Azərbaycanın yanında olacağını bildirib.

Görüşlərdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

583 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2021