Mobil versiya
Bu dərmanlar sizi ölümə aparır - XƏBƏRİNİZ OLSUN
Tarix: 30-04-2016 | Saat: 21:50
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Bu dərmanlar sizi ölümə aparır - XƏBƏRİNİZ OLSUN







Cinsi aktivliyi süni şəkildə artıran dərmanlar ürək-damar xəstəliklərinə səbəb ola bilir. Kişilər arasında infarkt hallarının artmasında, siqaret və spirtli içkilərlə yanaşı, bu dərmanların da rolunun böyük olduğu bildirilir.
Təxminən 10 il əvvəllə müqayisədə, hazırkı vaxtda cinsi həvəsi artıran dərmanlara tələbat çoxalıb. Artıq iş o yerə çatıb ki, adi şəxslər belə, bu cür dərmanları xaricdən karqo ilə sifariş edib qapıya kimi gətizdirə bilirlər. Özü də həkim məsləhəti olmadan.

Dəfələrlə eşitmişik və şahidi olmuşuq ki, bəzi insanlar cinsi aktivliyi artıran preparat qəbul etdikdən sonra infarkt keçirərək dünyasını dəyişib. Çox uzağa getmək lazım deyil. Türkiyədə yaşayan, əslən azərbaycanlı müğənni Azər Bülbülün hansı səbəbdən həyatını itirdiyini yəqin ki, çoxunuz bilirsiniz. Müğənni məhz bu cür dərmanlardan istifadə etdiyi üçün dünyasını dəyişmişdi.



Aia.Az sputnik.az-a istinadən bildirir ki, ümumiyyətlə, sözügedən dərmanlardan mütəmadi istifadə xoşagəlməz əks təsir göstərə bilər. Təkcə elə yerli həkimlərdən bu sitatı gətirmək kifayət edər: "Azərbaycanda ürək-damar sistemi xəstəlikləri 10-15 il cavanlaşıb".

Bəli, cinsi aktivliyi süni şəkildə artıran dərmanlar ürək-damar xəstəliklərinə səbəb ola bilir. Kişilər arasında infarkt hallarının artmasında, siqaret və spirtli içkilərlə yanaşı, bu dərmanların da rolunun böyük olduğu bildirilir.

Cinsi həvəsi çoxaldan dərmanların satışı çoxalıb

Ölkəmizdə də bu tipli preparatlardan istifadə edənlərin sayı çoxalıb. Bunu söhbət apardığımız aptek işçilərinin özlərindən eşitdik. Əczaçılar Sputnik-ə bildiriblər ki, apteklərə müraciət edən kişilər arasında cinsi həvəsi artıran dərman istəyənlərin sayı artıb.

"28 may" metrostansiyası yaxınlığında yerləşən "24 saat" aptekin əczaçısı Nailə Əliyeva "Kamaqra" və "Viaqra" tipli dərmanların daha çox satıldığını deyir: "Dərmanları daha çox yaşı 50-dən yuxarı olanlar alır. Ereksiya problemi olan gənclər də tez-tez gəlib alırlar. Ümumiyyətlə cinsi həvəsi çoxaldan dərmanların satışı çoxalıb".



Hindistan istehsalı olan bu dərmanların əlavə təsirləri olmasa da, ürək xəstələri üçün təhlükəlidir. Bu preparatlar həkim məsləhəti ilə qəbul edilsə, daha məqsədəuyğun olar.

Keçmiş "Olimp" mağazasının yanında fəaliyyət göstərən "Meqa" aptekin əczaçıları da oxşar məlumatlar verdilər. Yenə qeyd olundu ki, daha çox "Viaqra" və "Kamaqra" dərmanları satılır.

Bəs cinsi aktivliyi artıran dərmanların orqanizmə müsbət və mənfi tərəfləri nələrdir? Bu barədə məşhur uroloq Vasif İsmayıl Sputnik-ə açıqlama verib.

V. İsmayılın sözlərinə görə, cinsi aktivliyi artıran preparatlar dərman hesab olunmur və həkimlər bu preparatları resept kimi yazmağa ehtiyac duymurlar: "Bu preparatlar iki cürdür: bioloji və kimyəvi. 1-ci növə daxil olanlar bioloji aktiv maddələrdir və dərman hesab olunmur. Ona görə də dərman özəlliyi daşımır. Misal üçün, bəhməz, bal və s. təbii qida məhsulları hansı gücə sahibdilərsə, onlar da o gücə sahibdir. Qaldı ki, kimyəvi tərkibi olan "Viagra" və "Kamaqra" kimi məhsullara, ürək və damar problemi olanlara bu preparatları qəbul etmək olmaz".

"Çünki bu məhsullar ürəyin qanlanma prosesinə gətirib çıxarır. Müğənni Azər Bülbülün ölümü də elə buna görə olmuşdu. Çünki "Viagra" və buna oxşar preparatları ürək dərmanları ilə eyni gündə qəbul etmək olmaz. Təhlükəlidir. Bu preparatlar normaldır, yetər ki yerində istifadə olunsun", - həkim deyib.



Uroloq deyib ki, "Viaqra", "Kamaqra" və s. bu kimi kimyəvi hesab edilən preparatların tərkibi üzərində yazıldığı kimidirsə, sağlam insan üçün heç bir qorxusu yoxdur: "Maraqlıdır, görəsən həqiqətənmi həmin preparatların kağızı üzərində yazılanlar içi ilə eynidir? Yox əgər içərisi üzərində olan kimi deyilsə, əlavə maddələr qatılıbsa, o zaman bu, insan üçün ölümcül təsirə malik olar. Bu məhsullar indiyə kimi 100 milyondan çox satılıb. Normal qaydada hələ ki, ölüm halı qeydə alınmayıb".

Bir çox həkimlər isə bildirirlər ki, kimyəvi preparatlar cinsi istəyi artırmaz, ancaq mövcud olan ereksiyanı uzadıb, keyfiyyətini artırır.



Ölkəyə necə girir bu dərmanlar?

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza şöbəsi "Kamaqra", "Viaqra" və s. bu kimi başqa adlarda olan bir neçə dərmanın Azərbaycanda qeydiyyatdan keçdiyini deyib. Bu barədə "Meqa" aptekin meneceri Nihad Quliyev bildirib. Onun sözlərinə görə, bu dərmanlar dövlət qeydiyyatında olduğu üçün Azərbaycanda satışına icazə verilir.

Belə ki, ölkəyə gətirilən bütün dərman preparatları dövlət qeydiyyatına alınır. Dövlət qeydiyyatına alındıqdan sonra, onların Azərbaycan Respublikası ərazisində istifadəsinə və idxalına icazə verilir.


Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024