Mobil versiya
“Gözləyirdim ki, görüm nazirimiz çıxıb nə deyəcək?” - Xalq artisti
Tarix: 09-09-2021 | Saat: 12:33
Bölmə:Şou-biznes | çapa göndər

“Gözləyirdim ki, görüm nazirimiz çıxıb nə deyəcək?” - Xalq artisti

"Pandemiyaya görə sözün düzü hər il olduğu kimi bu il ənənəvi istirahətimi edə bilmədim. Hər yay xarici ölkəyə gedirdim, bu il xəstəliyə görə getmədim. Elə Bakıda, rayonlarımızdakı istirahətlə kifayətləndim. Təki sağlıq olsun, bu xəstəlik bitsin, normal, əvvəlki həyatımıza qayıdaq. Bir-iki il harasa getməsək dünya dağılmayacaq ki? Biz sənət adamları üçün bu iki qat əziyyət və zülmdür. Amma nə etməliyik? Sözsüz ki, dözməliyik! Sözün düzü, müharibə başlayandan, şəhidlərimizə görə 1-2 efir istisna olmaqla heç bir efirə də getmədim. Allah onlara rəhmət etsin, ruhları şad olsun"

AİA.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti, tanınmış xanəndə Aygün Bayramova deyib. O daha sonra pandemiya dövründə pedaqoji fəaliyyətindən də danışıb.

"Bildiyinizə görə mən həm Milli Konservatoriyada, həm də Asəf Zeynallı adına orta ixtisas məktəbində pedaqoji fəaliyyətlə məşğulam. Biri var ki, sinifdə auditoriyada canlı ünsiyyət, biri də var ki, uzaqdan-uzaqa onlayn dərs. Canlı ünsiyyətin yerini onlayn dərs verə bilməz. İnanın ki, universitetlərlə bağlı qərarı səbrsizliklə gözləyirdim ki, görüm Təhsil Nazirimiz çıxıb nə deyəcək?" deyə xanəndə bildirib.

Xalq artisti daha sonra gənc xanəndələrdən, onların sənətə qarşı etinasız münasibətindən danışıb.

"Bizim vaxtımızda ab-hava daha başqa idi. Biz daha çox sənətimizə fikir verirdik, muğamlarımızı daha mükəmməl öyrənirdik. Beynəlxalq Muğam Müsabiqəsi 2005-ci ildə Speys telekanalında sms-lə başlamışdı. 2007-ci ildə Heydər Əliyev Fondu bu müsabiqəni öz üzərinə götürdü, sms-i ləğv etdi və Dövlət Televiziyasına həvalə etdi. Sms səsləri münsif heyətinin qərarları, seçimi ilə əvəzləndi. Amma baxırsan ki, həmin xanəndələr daha çox işlər görə bilərdilər. Hətta Əlibaba Məmmədov bir dəfə müsabiqənin canlı efirində dedi ki, burada elə muğam ifaçıları var idi ki, mən onlardan çox şeylər gözləyirdim, amma təəssüflər olsun ki, onlar çox iş görmədilər, maddiyatın arxasınca qaçdılar, xanəndə kimi yetişə bilmədilər. Həqiqətən də Əlibaba müəllimin sözlərində həqiqət var. Mən elə özüm də bəzi ifaçılardan çox şey gözləyirdim, amma əksinə oldu. Elə bil ki, onlar efirlərə çıxdılar ki, ancaq görünsünlər, tanınsınlar, hətta müsabiqə bitməmiş başladılar toylara, məclislərə getməyə. Getsinlər toya, toy bizim adət ən-ənəmizdir. Amma hər şey vaxtında yaxşıdır. Maddiyat hər zaman var. Elə xanəndələr var ki, baxırsan ki, heç 35-40 yaşı yoxdur, artıq səsi tükənmək üzrədir. Toylarda səsdən o qədər istifadə ediblər ki" deyə xanəndə bildirib.

"Bəs Aygün Bayramova toylara getmirmi?" sualına isə xanəndə belə cavab verib.

"Mən tələbəlik illərində, 4-cü kursda bəlkə də tək-tük toylara gedərdim. Tanınmayanda da, tanınanda da heç vaxt maddiyatı sənətdən üstün tutmamışam. Bunu mənim tələbə yoldaşlarım da, sənət yoldaşlarım da çox gözəl bilirlər. Mən hər toyun arxasınca qaçmamışam, hər deyilən məclisdə oxumamışam. Təbii ki, bu günki gündə də bu belədir. Nəinki mən, bizim nəsildən olan bir çox xanəndələr buna önəm verir. Bəzən elə gəncləri görürəm ki, özünü toyla, toy mahnıları ilə reklam edir. Xanəndədir, amma elə repertuarla efirə çıxır ki, ona yaraşdırmıram. Səni xalq sevirsə nə oxusan onsuz da toylara dəvət edəcəklər. Təəssüfləndirici məqamdır ki, indi hamıya efirlərdə sənətkar deyirlər. Onlara sənətkar deyirlərsə, onda sənətkarlara nə demək lazımdır? Təbii ki, bu söz bütün aparıcılarımıza aid deyil. Biz belə olmamışıq, sənətkarın yanında danışa bilərdik?! İndi hamı oxumaqdan çox danışır. Amma elə gənc xanəndələr də var ki, məsləhətə, tövsiyyəyə qulaq asırlar" deyə Xalq artisti bildirib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024