Mobil versiya
Prezident İlham Əliyev Moldova dövlət başçısını təbrik edib
Tarix: 26-08-2021 | Saat: 14:55
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyev Moldova dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Moldova Respublikasının Prezidenti xanım Maya Sanduya təbrik məktubu ünvanlayıb.

AİA.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Dost Moldova Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Xoş ənənələrə malik Azərbaycan-Moldova münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, xalqlarımızın rifahı naminə dostluq əlaqələrimizin möhkəmləndirilməsi, birgə əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da əsirgəməyəcəyik.

Belə bir əlamətdar tarixdə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Moldova xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram"



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2025