Mobil versiya
Erməni qadınları Azərbaycana müraciət etdi: Bakıya gəlmək istəyirik
Tarix: 28-04-2016 | Saat: 18:25
Bölmə:Siyasət | çapa göndər

Erməni qadınları Azərbaycana müraciət etdi: Bakıya gəlmək istəyirik




Ermənistanda yaşayan üç qadın Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğluna məktubla müraciət edərək onlara Azərbaycan vasitəsilə üçüncü ölkəyə keçməkdə kömək etməyi xahiş ediblər.





AIa.az xəbər verir ki, bu barədə virtualaz.org-a Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu məlumat verib. Onun sözlərinə görə, müraciət edənlərdən biri Azərbaycandan qaçqın düşmüş ermənidir.

"O yazıb ki, ona və ailəsinə Yerevan erməniləri lağ edərək "beşinci kolon" hesab edirlər. Bu, Bakı ermənisi olan qadının və onun qohumlarının hələ də pasportu yoxdur və bunsuz işə düzəlmək mümkün deyil. Hər üç müraciət etmiş qadın Ermənistandakı vəziyyətindən çox narazıdır. Əlacsızlıqdan onlar bizdən Ermənistanın "Milli qurtuluş hərəkatı"nın rəhbəri Vaan Martirosyan və ailəsi olduğu kimi, Azərbaycana gəlməkdə və üçüncü ölkəyə ötürülməkdə kömək etməyimizi istəyirlər".

Müraciət edənləri Ermənistanda təhlükəli vəziyyətə salmamaq üçün N.Cəfəroğlu onların adlarını çəkməyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024