Oktay Abdullayev: “Revanşizm siyasəti yalnız və yalnız Ermənistanın özünü daha çətin vəiyyətə sala bilər”
Tarix: 18-08-2021 | Saat: 11:30
Bölmə:Siyasət | çapa göndər

“Bu gün artıq bütün dünya bilir ki, Azərbycan torpaqlarının işğal altında olduğu 30 ilə yaxın müddət ərzində Ermənistan və onun bütün dünyada olan havadarları yalnız vaxtı uzatmaq, münaqişəni dondurmaq və son nəticədə Azərbaycanı işğal faktı ilə barışmaq məcburiyyətində qoymaq niyyətində olublar. Lakin bütün bu illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyev hər dəfə deyirdi ki, Azərbaycan işğalla barışmayacaq və öz torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək. Bu gün isə dövlət başçısı işğaldan azad edilmiş rayon və bölgələrimizə etdiyi hər bir tarixi səfərində bu ərazilərin çox yaxın zamanda Azərbaycanın ən inkişaf etmiş, çiçəklənən regionları olacağını söyləməklə, həmin torpaqların əsil sahiblərinin kim olduğunu bir daha bütün dünyaya nümayiş etdirmiş olur.”
Bu sözləri verdiyi açıqlamada Xızı rayon Təhsil şöbəsinin müdiri, Azərbaycan Respublikasının “Əməkdar müəllimi”, YAP Xızı rayon təşkilatı İdarə Heyətinin üzvü Oktay Abdullayev deyib.
Hakim partiyanın təmsilçisi həmçinin qeyd edib ki, Ermənistan tərəfi Azərbaycan Prezidentinin xəbərdarlıqları ətrafında ciddi şəkildə düşünməlidir. Əks təqdirdə hadisələrin inkişafı onlar üçün daha acınacaqlı nəticələrə səbəb ola bilər: “Təəssüflər olsun ki, Ermənistan tərəfi bu gün hələ də öz təxribatçı əməllərindən əl çəkmir. Əslində onların bu mövqeyi heç bir məntiqə sığmır və qətiyyən anlaşılan deyil. Azərbaycan artıq öz gücünü, hərbi qüdrətini tam olmasa da, yetərincə nümayiş etdirib. Bu baxımdan Ermənistanın hansısa revanş ala bilmə ehtimalının sıfıra bərabər olduğu bu gün heç kimdə şübhə doğurmur. Bu ölkənin faktiki olaraq ordusu artıq yoxdur. Ermənistanın iqtisadi potensialından ümumiyyətlə danışmağa dəyməz. Ölkəmizə qarşı irəli sürülə biləcək hər hansı ərazi iddiaları yalnız və yalnız Ermənistanın özünü daha çətin vəiyyətə sala bilər. Aradan ötmüş 30 il ərzində bu ölkənin hər bir sahədə yalnız tənəzzülə uğraması danılmaz bir faktdır. Möhərəm Prezidentimizin yürütdüyü praqmatik siyasət və atdığı düşünülmüş addımlar sayəsində Ermənistan Cənubi Qafqazda gedən mütərəqqi proseslərdən, həyata keçirilən irimiqyaslı beynəlxalq layihələrdən kənarda qaldı. Bununla da onsuz da kasıb olan bu ölkə artıq tamamilə dilənçi vəiyyətinə düşdü. Lakin bu gün Azərbaycan Ermənistana ikinci şans əldə etmək imkanı verir. Bunun üçün Ermənistan hökuməti bütün təxribat xarakterli əməllərindən əl çəkməli, konstruktiv mövqeyə keçməli, ilk növbədə 10 noyabr Bəyannaməsindən irəli gələn öhdəliklərini tam yerinə yetirməli və bununla da Cənubi Qafqazda yaranmış yeni reallıqlar fonunda açılan iqtisadi inkişaf imkanlarında yararlanmağa layiq olduğunu nümayiş etdirməlidir. Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxış və müsahibələrində dəfələrlə öz əksini tapıb. Dövlətimizin başçısı ermənilərə və onların havadarlarına dəfələrlə açıq və net şəkildə xəbərdarlıq mesajları göndərib. Revanşist xülyalarından əl çəkməyəcəyi halda Ermənistan hazırkı vəziyyətindən daha çətin və acınacaqlı duruma düşə bilər.”
Daha sonra Oktay Abdullayev bildirib ki, işğaldan azad olunmuş digər bölgələr kimi bu gün Kəlbəcər və Laçın rayonları da Prezident İlham Əliyevin göstərişi ilə sürətlə bərpa olunur: “Dövlətimizin başçısı cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 16-da Laçın və Kəlbəcər rayonlarına etdikləri tarixi səfər çərçivəsində Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlini qoyması, möhtərəm Prezidentimizin tamamilə yenidən qurulan Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası ilə tanış olması, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etməsi, uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, Laçın Beynəlxalq Hava Limanının təməlini qoyması bir daha Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması prosesinin sürətlə həyata keçdiyini göstərir və Azərbaycan dövlətinin, Azərbaycan xalqının əzm və iradəsini nümayiş etdirir. Qarabağ, Şərqi Zəngəzur bölgələri, eləcə də Kəlbəcər, Laçın rayonları barədə həqiqətləri bütün dünya, xüsusilə də Azərbaycan gəncləri yaxşı bilməlidir. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən torpaqlarını işğaldan azad etməklə şanlı tariximizə möhtəşəm zəfər səhifələrini əlavə etdi. Azərbaycan illərdir silahlanan işğalçı Ermənistanı məğlub etdi. İllərdir özləri haqqında mif formalaşdırmış düşmən ordusunu, Köçaryanı, Sarkisyanı, Ohanyanı rəzil vəziyyətə saldı. Azərbaycan erməni vəhşiliyini, faşizmini əvvəlcə ifşa etdi, sonra da məhv etdi, BMT qətnamələrinin icrasını təmin etdi. Artıq bundan sonra ölkəmizi, xalqımızı irəlidə yalnız inkişaf, tərəqqi və yeni parlaq zəfərlər gözləyir.”
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-05-2025