Mobil versiya
Ərdoğan və Zurabişvili arasında telefon danışığı olub
Tarix: 11-08-2021 | Saat: 09:09
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ərdoğan və Zurabişvili arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Salome Zurabişvili arasında telefon danışığı olub.

aia.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.

Məlumata əsasən, telefon danışığı zamanı tərələr Türkiyə-Gürcüstan münasibətlərinin hazırkı vəziyyətini və regional məsələləri müzakirə ediblər.

T.Ərdoğan qeyd edib ki, Türkiyə və Gürcüstan bölgədə yaranan yeni imkanlardan istifadə edərək birgə enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi üzərində işə başlaya bilərlər.

Türkiyə Prezidenti həmçinin ölkədəki meşə yanğınları ilə əlaqədar başsağlığı və təbii fəlakətin nəticələrinin aradan qaldırılması zamanı göstərilən həmrəyliyə görə gürcüstanlı həmkarına təşəkkürünü bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2025