Mobil versiya
İrəvan qorxu içində - Erməni diplomatın YALVARIŞI
Tarix: 28-04-2016 | Saat: 15:21
Bölmə:Gündəm | çapa göndər

İrəvan qorxu içində - Erməni diplomatın YALVARIŞI


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak üçün Bakıya səfəri İrəvanda ciddi narahatlığa səbəb olub.

Aia.az publika.az-a istinadən bildirir ki, Ermənistanın diplomatik dairələrindəki mənbə "İzvestiya" nəşrinə açıqlamasında bu haqda narahatlığını dilə gətirib.

"Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycana ciddi dəstək verir. Ərdoğanın Bakıya son səfərində, güman edirik ki, əsas müzakirə mövzusu məhz bu münaqişə olub. Daha əvvəlki qarşıdurmada da Ərdoğan Bakıya tam dəstəyini ifadə etdi. Belə açıq dəstək Azərbaycanın regionda gücünü möhkəmləndirir", - deyə mənbə qorxularını aşkar şəkildə ifadə edib.


"Erməni diplomat açıq şəkildə İrəvanın qorxularını dilə gətirir", - "İzvestiya" belə yazıb.

Mənbə qeyd edir ki, İrəvan və Bakı Vladimir Putinin səyləri sayəsində danışıqlar aparmalıdır: "Regionda Türkiyənin güclənməsi və açıq şəkildə tərəf tutması bizim üçün yaxşı heç nə vəd etmir. Biz bunu dəqiqliklə anlayırıq. Belə vəziyyətdə Rusiya bizi tək qoymamalıdır".

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024