Mobil versiya
Yanğınların söndürülməsində ən önəmli dəstəyi Azərbaycan göstərib - Ərdoğan
Tarix: 05-08-2021 | Saat: 09:45
Bölmə:Manşet / Siyasət | çapa göndər

Yanğınların söndürülməsində ən önəmli dəstəyi Azərbaycan göstərib -

Türkiyədə meşə yanğınlarının söndürülməsində ən önəmli dəstəyi Azərbaycan göstərib.

aia.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "A Haber" və "ATV" telekanallarına müsahibəsi zamanı deyib.

T.Ərdoğan qeyd edib ki, yanğınların söndürülməsi üçün 50-dən çox ölkədən və təşkilatdan dəstək göndərilib və ya təklif edilib:

"Onların hamısına bir daha öz adımdan və millətim adından təşəkkür etmək istəyirəm. Burada ən önəmlisi Azərbaycandır. Azərbaycan indiyə qədər təxminən 200 yanğınsöndürən göndərib. Onlar da yanğınların söndürülməsinə cəlb ediliblər".

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət iki qrup və çox sayda texnika Türkiyəyə göndərilib. Bu gün səhər saatlarında isə Türkiyəyə daha 40 ədəd yanğınsöndürmə texnikası, 1 ədəd "BE-200ÇS" tipli amfibiya təyyarəsi və 150 nəfər yanğınsöndürən yola düşəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024