AZ RU Mobil versiya
Azərbaycan Ordusunun yüksək səviyyəli, mütəşəkkil komandanlığı nümunə kimi gəstərilir - Könül Nurullayeva
Tarix: 04-08-2021 | Saat: 16:32
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan Ordusunun yüksək səviyyəli, mütəşəkkil komandanlığı nümunə kimi gəstərilir -

Ali Baş Komandan İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də olsun geriyə addım atmadı. Halbuki müharibələrdə hücumlar, geriyə dönmələr, manevrlər olur. Amma Azərbaycan Ordusu 30 illik işğala son qoymaq naminə bütün imkanlarını səfərbər etmişdi.

Bunu aia.az-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, düşmən bu müddətdə bir dəfə də olsun, uğurlu əməliyat apara bilmədi: "Bütün beynəlxalq hərbi ekspertlər Azərbaycan Ordusunun yüksək səviyyəli, mütəşəkkil komandanlığını nümunə kimi gəstərdi. Düşmənin hədəflərini sərrast dəqiqliklə məhv edən ordunun əsl gücü döyüş meydanında bəlli oldu. Hərbçilərimizin peşəkarlığı, yükəsk səviyyəli vətənpərvərlik hissi ilə yanaşı, cəmiyyətin ordunun yanında olması Silahlı Qüvvələrimizə əlavə güc verirdi.

Biz hələ ötən ilin yayında Tovuz döyüşləri zamanı cəmiyyətin Ordumuza dəstəyinin şahidi olduq. Cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, hər kəs Azərbaycan əsgərinin yanında idi, hər kəs ordumuzun ətrafında sıx birləşmişdi. Biz həm də əzmkarlığımızla düşmənə qalib gəldik".

K.Nurullayeva vurğulayıb ki, orduda təşkilatlanma, xalq-ordu birliyi postmüharibə dövründə də davam edir: "Azərbaycan öz sərhədlərində daha da möhkəmlənir, ərazilərimizin təhlükəsizliyinin təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Yeni mərhələdə də təbii ki, həm ordumuzun, həm də cəmiyyətin qarşısında yeni vəzifələr durur. İndi proseslərə daha həssas yanaşmalı, xüsusilə informasiya cəbhəsində müharibə dövründə olduğu kimi, eyni həssasiyyəti qoruyub saxlamalıyıq.

Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Azərbaycan Ordusunda ştat dəyişikliyi, şəxsi heyətin rotasiyası, kadr islahatları və Orduya aid digər məlumatların təhrif olunmuş şəkildə yayılması azuolunan hal deyil. Müdafiə Nazirliyinin sonuncu bəyanatında da qeyd olunduğu kimi, şəxsi heyətin, xüsusilə yuxarı çinli zabit heyətinin vəzifə yerdəyişməsi kimi məlumatlar xidməti xarakter daşıyır və hərbi-dövlət sirri sayıla bilər.

Qalib Ordu haqda bu cür məlumatların yayılması və bu istiqamətdə müzakirələrin təşkil olunması yolverilməzdir. Sosial şəbəkələrdə və ya mediada rəsmi mənbələrlə dəqiqləşdirilmədən yayılan informasiyalardan ölkəmizə qarşı təhlükəli məqsədlər üçün istifadə olunduğunun dəfələrlə şahidi olmuşuq. Burada artıq hərbçilərimizin həyati təhlükəsizliyi məsələsi ortaya çıxır. Azərbaycan mediası Ermənistan xüsusi xidmət orqanlarının dezinformasiya siyasəti üçün mənbə olmamalıdır. Vətəndaş məsuliyyəti burada əsas şərtdir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5124 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2021
24-09-2021