Mobil versiya
Cəbhədə son döyüş: Ermənilər 17 əsgər itirdilər, 32 yaralı var
Tarix: 27-04-2016 | Saat: 22:32
Bölmə:Gündəm | çapa göndər

Cəbhədə son döyüş: Ermənilər 17 əsgər itirdilər, 32 yaralı var






Bu gecə qoşunların təmas xəttində baş verən atışmada daha 3 erməni əsgərinin yaralandığı rəsmən etiraf edilib

Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin rəisi Kamavor Xaçatryan açıqlayıb.

Onun sözlərinə görə, yaralılardan birinin vəziyyəti olduqca ağırdır.

Erməni sosial şəbəkə istifadəçiləri isə 26-27 aprel tarixlərində Talış kəndi ətrafında baş verən və artilleriya atəşi ilə müşayiət olunan toqquşmada 17 erməni hərbçisinin öldüyünü, 32 nəfərin isə yaralandığını bildirirlər.

Qeyd edək ki, səhər saatlarında Ermənistan Müdafiə Nazirliyi 1996-cı il təvəllüdlü Ayk Minasyanın Azərbaycan ordusunun açdığı atəş nəticəsində öldüyünü təsdiqləmişdi.

Ermənistan Müdafiə Nazirliyinin 26 aprel tarixli rəsmi açıqlamasında iki muzdlu hərbçi - 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və 1972-ci il təvəllüdlü Aram Aruşanyanın cəbhədə öldüyü bildirilib. Həmçinin İcevandakı hərbi hissələrdən birinin kazarmasında bir əsgərin - Ohanes Petrosyanın güllə ilə öldürüldüyü də etiraf edilib.

Azərbaycan Müdafiə Nazirliyi isə ermənilərin artilleriya atəşi nəticəsində mülki evlərin dağıldığını bildirib, itki olmadığını açıqlayıb. Ermənilərin itkiləri barədə MN açıqlama verməyib

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024