Mobil versiya
Azərbaycanın Zəfəri Ermənistanın ideoloji süqutu deməkdir
Tarix: 27-07-2021 | Saat: 12:48
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın Zəfəri Ermənistanın ideoloji süqutu deməkdir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən həftə bölgələrimizə səfəri çərçivəsində bir sıra obyektlərin açılışı və görülən işlərlə tanış olmuşdur.

İstifadəyə verilən obyektlər regionların hərtərəfli inkişafına xidmət edir. Goranboy rayonunda istifadəyə verilən kompleksi nəzərə almaqla Azərbaycanda 48 idman kompleksi fəaliyyət göstərir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə bağlı verilən tapşırıqların icrası yerində yoxlanılır və nəzarətdə saxlanılır.
.
Naftalanda yeni sanatoriyanın açılması şəhərin turizm potensialını artırır. Mövcud sahəyə böyük investisiyalar cəlb olunub və artıq 13 mehmanxana və sanatoriya fəaliyyətdədir.

Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün böyük işlər görülüb. Şəmkir su kanalı çəkilibdir, uzunluğu təqribən 30 kilometrə yaxındır. Bu kanal artıq 30 min hektardan çox torpağa suyun verilməsini yaxşılaşdırır .

Naftalan şəhərində, Goranboy, Daşkəsən rayonlarında digər layihələr də icra edilib. Yollar, içməli su xətləri çəkilib, xəstəxanalar, sosial obyektlər tikilib, iş yerləri yaradılıb, yəni, bu bölgə sürətlə inkişaf edir və işlər nəzərdə tutulan plan üzrə gedir.

Regionların sosial-iqtisadi inkişafına dair görülən işlər və ölkəmizdə altı ayın yekunlarına əsasən əldə olunan nəticələrlə bağlı danışan ölkə başçımız ölkəmizin artıq iqtisadi tənəzzüldən çıxdığını qeyd edib. Altı ayın yekunları bunu göstərir ki, ölkə iqtisadiyyatı 2 faiz artıb. Bu, yaxşı göstəricidir. Xüsusilə dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir. Bizim iqtisadiyyatımız isə artır və əminəm ki, ilin sonuna qədər daha da artacağını qeyd edib.

Qeyri-neft sektorunun inkişafından bəhs edən ölkə başçımız bildirmişdir ki, qeyri-neft sənayemiz 16,6 faiz artıb, kənd təsərrüfatı 5,6 faiz artıb. Bu da əhəmiyyətli artımdır. Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsi önəmli hadisədir. Qeyri-neft sektorunun inkişafı üçün dağ-mədən sənayesi xüsusi perspektivlərə malikdir. Azərbaycanın mədənləri qanunsuz istismar edilib. Uzun illər xarici şirkətlər qanunsuz olaraq Azərbaycanın qızıl və digər mədənlərini istismar ediblər. Azərbaycanın həm Zəngilan, həm də Kəlbəcər rayonlarında xarici şirkətlər tərəfindən qanunsuz istismar edilən qızıl yataqlarının bütün təhlili aparılıbdır. Beynəlxalq məsləhətçilər dəvət olunubdur. Azərbaycan dövlətinə vurulmuş ziyan ödənilməlidir.
Şarl Mişelin Bakıya səfəri çərçivəsində “Dağlıq Qarabağ”, “status” sözlərini işlətməməsi, İrəvanda olarkən Azərbaycanla sərhədə dair “mübahisəli ərazilər” sözlərini işlətməsi isə müsahibənin digər vacib suallarından biri idi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfəri siyasi əlaqələrin inkişafına xidmət göstərən bir səfərdir. Bizim siyasi əlaqələrimiz çox uğurla inkişaf edir. İlk olaraq “mübahisəli ərazilər” ifadəsi ilə bağlı danışan Prezident İlham Əliyev bu fikirlə razılaşmadığını və həmin ərazilərin Zəngəzur, yəni Azərbaycan xalqının dədə-baba torpağı olduğunu bildirmişdir. Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının sədri Azərbaycan və Avropa İttifaqıdır. Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi, əlbəttə ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir.

Cənab Prezident bir daha açıq şəkildə bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü daxilində heç bir “statusdan” söhbət gedə bilməz: “Mən müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz”.

Müharibədən sonra sülh danışıqlarının başlanması, kommunikasiyaların açılması gözləniləndir. Azərbaycan dəfələrlə ən yüksək səviyyədə buna hazır olduğunu bəyan etmişdir. Lakin hələ də yeni reallıqlarla barışmaqda çətinlik çəkən Ermənistan müxtəlif bəhanələrlə bu prosesdən yayınır, bu ölkədəki siyasi qüvvələr isə pozuculuq fəaliyyətlərini davam etdirmək istəyirlər. Prezident İlham Əliyev müsahibəsində Ermənistanda bu cür düşünənlərə statusun yerini xatırladaraq xəbərdarlıq edib: “Ermənistan bununla hesablaşmalıdır, yeni reallıqları qəbul etməlidir - istəsə də, istəməsə də. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir”.

138 №-Lİ TAM ORTA MƏKTƏBIN Tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı)
SİMAN XUDAYEV
aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2025