Mobil versiya
Numan Kurtulmuş Bakıya səfəri çərçivəsində bir sıra rəsmilərlə görüşəcək
Tarix: 23-07-2021 | Saat: 15:01
Bölmə:Siyasət | çapa göndər

Numan Kurtulmuş Bakıya səfəri çərçivəsində bir sıra rəsmilərlə görüşəcək

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 25-də Bakıya gələcək.

AK Partiyadan aia.az-a verilən məlumata görə, ötən ay Ankarada AK Partiya ilə Yeni Azərbaycan Partiyası arasında imzalanmış Əməkdaşlıq Protokolundan sonra keçiriləcək səfər çərçivəsində Azərbaycanın Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradov, Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Baş nazirin müavini Əli Əhmədov, eləcə də Azərbaycanın digər rəsmiləri ilə görüşlər olacaq. Bu görüşlərdə AK Partiya ilə Yeni Azərbaycan Partiyasının Türkiyə və Azərbaycanda birlikdə həyata keçirəcəkləri layihələr müzakirə ediləcək.

Səfər çərçivəsində “Milli mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni fürsətlər” adlı konfrans keçiriləcək.

Səfər birgə mətbuat konfransı ilə başa çatacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024