AZ RU Mobil versiya
YAP Qazax rayon təşkilatının yaradılmasının 28-ci ildönümü münasibətilə videoformatda iclas keçirilib - FOTOLAR
Tarix: 23-07-2021 | Saat: 13:43
Bölmə:Siyasət | çapa göndər

YAP Qazax rayon təşkilatının yaradılmasının 28-ci ildönümü münasibətilə videoformatda iclas keçirilib

23 iyul 2021-ci il tarixdə YAP Qazax rayon təşkilatının yaradılmasının 28-ci ildönümü münasibətilə videoformatda iclas keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Sonra YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov çıxış edərək bildirib ki, 1993-cü il iyul ayının 24-də YAP Qazax rayon təşkilatı 124 nəfər təəssübkeşinin iştirakı ilə öz təsis konfransını keçirmişdir. Bundan sonra rayon təşkilatında təşkilatlanma işləri daha da sürətlənmiş, partiya üzvlərimizin sayı artmağa başlamışdır. Hazırda rayonumuzda 73 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir və 10249 nəfər partiya üzvü vardır. Onlardan 6515 nəfəri, yəni 63,6%-i qadınlar, 2556 nəfəri, yəni 24,9%-i gənclərdir.

Həmid Pənahov qeyd edib ki, Vətən müharibəsində qazanılan möhtəşəm qələbə ölkəmizdə və regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar bütün sferaları əhatə edir. Bu ilin mart ayında keçirilən partiyamızın VII Qurultayında mühüm qərarlar qəbul edilmişdir. YAP sədri, ölkə prezidenti cənab İlham Əliyevin partiya üzvləri qarşısında qoyduğu yeni vəzifələr uğurla həyata keçirilir. Prezidentimizin birmənalı və qətiyyətli addımlarını rayonumuzun sakinləri yüksək qiymətləndirirlər. YAP Qazax rayon təşkilatının üzvləri Cənab Prezidentin Qurultayda söylədiyi “Ancaq şəhid ailələrimizə qayğımız mənzillərin, yaxud da ki, avtomobillərin verilməsi ilə bitmir. Yeni Azərbaycan Partiyasının nümayəndələri bu kateqoriyadan olan insanlara daim qayğı, diqqət göstərməlidirlər” tapşırığına əməl edərək müntəzəm olaraq şəhid ailələrinə və qazilərə baş çəkir, onlara zəruri yardımlar edir.

İclasda YAP Qazax rayon təşkilatı İdarə Heyətinin üzvü Anar Nəbiyev, YAP Qazax rayon təşkilatı sədrinin müavini Məmməd Yusifov, YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü, YAP Qazax rayon təşkilatı İdarə Heyətinin üzvü Vüsal İsmayılov çıxış etdilər. Onlar rayon təşkilatının 28 ildəki fəaliyyətindən, qazandığı uğurlardan, qarşıda duran vəzifələrdən danışdılar.
İclası YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov yekunlaşdırdı.

aia.az
[xfvalue_fotolar image="4"] [xfvalue_fotolar image="5"] [xfvalue_fotolar image="6"] [xfvalue_fotolar image="7"] [xfvalue_fotolar image="8"] [xfvalue_fotolar image="9"] [xfvalue_fotolar image="10"] [xfvalue_fotolar image="11"] [xfvalue_fotolar image="12"] [xfvalue_fotolar image="13"] [xfvalue_fotolar image="14"] [xfvalue_fotolar image="15"] [xfvalue_fotolar image="16"] [xfvalue_fotolar image="17"] [xfvalue_fotolar image="18"] [xfvalue_fotolar image="19"] [xfvalue_fotolar image="20"] [xfvalue_fotolar image="21"] [xfvalue_fotolar image="22"] [xfvalue_fotolar image="23"] [xfvalue_fotolar image="24"] [xfvalue_fotolar image="25"] [xfvalue_fotolar image="26"] [xfvalue_fotolar image="27"] [xfvalue_fotolar image="28"] [xfvalue_fotolar image="29"] [xfvalue_fotolar image="30"]



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5252 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2021
24-09-2021