AZ RU Mobil versiya
YAP Samux rayon təşkilatında gənclərimizi narkomaniya bəlasından qoruyaq mövzusunda tədbir keçirildi - FOTOLAR
Tarix: 23-07-2021 | Saat: 12:13
Bölmə:Ölkə | çapa göndər

YAP Samux rayon təşkilatında gənclərimizi narkomaniya bəlasından qoruyaq mövzusunda tədbir keçirildi

Bu gün YAP Samux rayon təşkilatında karantin rejiminin tələblərinə uyğun olaraq “Gənclərimizi narkomaniya bəlasında qoruyaq” mövzusunda tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə gənclərin maarifləndirilməsindən ibarət idi.

Tədbiri YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq narkotik vasitələrə aludəçiliyin səbəb olduğu bəlalardan danışdı. Narkotik aludəçilərinin son vaxtlar daha erkən 17-20 yaş arasındakı gənclərdə müşahidə olunduğunu qeyd edən Gündüz Bayramov orta məktəblərdə şagirdlərə narkomaniyanın fəsadları barədə məlumat verilməsinin vacibliyini vurğuladı. Narkomaniyanın bu gün bəşəriyyəti düşündürən və narahat edən ən ağrılı problemlərdən biri olduğunu bildirdi. Ölkəmizdə narkomaniyaya qarşı mübarizədən danışan natiq belə tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətini diqqətə çatdırdı.

Gündüz Bayramov bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə, eyni zamanda, insanların həyatına, sağlamlığına ciddi təhlükə yaratdığını vurğulayıb, gəncləri narkotik maddələrdən, o cümlədən digər zərərli vərdişlərdən uzaq tərbiyə etməyin vacibliyini qeyd etdi.

Tədbirə qonaq qismində dəvət olunmuş Samux rayonu İcra Hakimiyyəti Başçısı aparatında hüquq şöbəsinin məsləhətçisi vəzifəsində çalışan Rafiq Sadıqov qeyd etdi ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniyadır. Ona görə də bu bəlaya qarşı qlobal şəkildə, birgə mübarizə aparılmalıdır. Bu baxımdan bu mövzuda olan tədbilərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. O, bildirdi ki, “ağ ölüm”lə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə təhsil müəssisələrinin, kitabxanaların, idman təşkilatlarının eləcə də içtimaiyyətin rolu böyükdür. O, qeyd etdi ki, belə vasitələr orqanizmdə təkcə fəsadlar törətmir, həm də gələcək nəslin sağlamlığı üçün ciddi təhlükə yaradır.

Daha sonra YAP Samux rayon təşkilatının fəal üzvləri Vidadi İsayev, Sərxan Abuzərov, Elmir Qurbanov, Lalə Məmmədova çıxış edərək narkomaniyanın yayılmasının gənc nəslin sağlam həyat tərzi üçün təhlükə törətməsi, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki və psixoloji cəhətdən məhv olması haqqında fikirlərini diqqətə çatdırdılar. Onlar narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşmasının əsas məqsəd və vəzifələrdən biri olduğunu qeyd etdilər. Azərbaycanın dövlət siyasətinin prioritetlərindən birinin sağlam nəslin formalaşdırılmasından ibarət olduğunu, bu istiqamətdə həyata keçirilən narkomaniya ilə mübarizənin də kampaniya xarakterli deyil, davamlı siyasət olduğunu diqqətə çatdırdılar.

aia.az
[xfvalue_fotolar image="4"] [xfvalue_fotolar image="5"] [xfvalue_fotolar image="6"] [xfvalue_fotolar image="7"] [xfvalue_fotolar image="8"] [xfvalue_fotolar image="9"] [xfvalue_fotolar image="10"] [xfvalue_fotolar image="11"] [xfvalue_fotolar image="12"] [xfvalue_fotolar image="13"] [xfvalue_fotolar image="14"] [xfvalue_fotolar image="15"] [xfvalue_fotolar image="16"] [xfvalue_fotolar image="17"] [xfvalue_fotolar image="18"] [xfvalue_fotolar image="19"] [xfvalue_fotolar image="20"] [xfvalue_fotolar image="21"] [xfvalue_fotolar image="22"] [xfvalue_fotolar image="23"] [xfvalue_fotolar image="24"] [xfvalue_fotolar image="25"] [xfvalue_fotolar image="26"] [xfvalue_fotolar image="27"] [xfvalue_fotolar image="28"] [xfvalue_fotolar image="29"] [xfvalue_fotolar image="30"]



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5128 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2021