Mobil versiya
“Neftçi” portuqaliyalı müdafiəçi ilə anlaşdı
Tarix: 17-07-2021 | Saat: 11:17
Bölmə:Karusel / İdman | çapa göndər

“Neftçi” portuqaliyalı müdafiəçi ilə anlaşdı



Bakının "Neftçi” futbol klubu mərkəz müdafiəçisi transferini rəsmiləşdirib.

AİA.Az klubun saytına istinadən xəbər verir ki, portuqaliyalı Huqo Basto ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı futbolçu komandamızın heyətində 4 nömrəli formanı geyinəcək.

Huqo Basto Portuqaliyanın “Varzim” (2012-2013), “Sportinq Braqa B” (2013-2015), “Aroka” (2015-2018), “Çaves” (2018-2020) və “Eştoril” (2020-2021) klublarında çıxış edib. Son mövsüm 31 oyunda 4 qol vurduğu “Eştoril”lə Portuqaliya çempionatının 2-ci liqasının çempionu olub. O, Portuqaliyanın U-18 və U-23 milli komandalarının şərəfini qoruyub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov və müdafiəçi Romen Baskı transfer edib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024