Mobil versiya
ÇL finalı İstanbulda
Tarix: 17-07-2021 | Saat: 10:59
Bölmə:Karusel / Dünya / İdman | çapa göndər

ÇL finalı İstanbulda


UEFA, Avropa Liqası, Konfrans Liqası və Çempionlar Liqasında (ÇL) qarşıdakı mövsümlərin final oyunlarına ev sahibliyi edəcək şəhərlərin adlarını açıqlayıb.

AİA.Az xəbər verir ki, 2023-cü ildə UEFA Çempionlar Liqasının final görüşü Türkiyənin İstanbul şəhərində təşkil olunacaq.

Bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, 2020 və 2021-ci illərdə ÇL-in final oyunlarına ev sahibliyi etməli olan İstanbul koronavirus pandemiyası səbəbindən bu hüququndan yararlana bilməmişdi. Əvəzində hər iki final görüşü Portuqaliyada təşkil olunmuşdu. Məhz bu üzdən 2023-cü ildəki ÇL finalı İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək. Bu, həm də Türkiyə Cümhuriyyətinin və Türkiyə Futbol Federasiyasının yaradılmasının 100-cü ildönümünə bir töhfə olacaq.

UEFA 2021/22 və 2022/23 mövsümlərində Çempionlar Liqasının, Avropa Liqasının və Konfrans Liqasının qrup mərhələsinin püşkatma mərasimlərinin İstanbulda təşkil olunacağını bəyan edib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024