AZ RU Mobil versiya
Deputat Aqiyə Naxçıvanlı Oğuz Ağsaqqalları ilə görüşdü - FOTOLAR
Tarix: 16-07-2021 | Saat: 12:51
Bölmə:Manşet / Gündəm | çapa göndər

Deputat Aqiyə Naxçıvanlı Oğuz Ağsaqqalları ilə görüşdü


Oğuz rayonunda seçiciləri ilə görüşlərini davam etdirən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı rayon ağsaqqalları ilə görüşmüşdur. Görüşdə ilk söhbət 44 günlük Vətən müharibəsi, Şanlı qələbəmiz və bu qələbənin səbəbkarları barədə olmuşdur.

Aqiyə Naxçıvanlı qısa müddət ərzində qazanılan zəfərin müəllifinin Ali Baş Komandan İlham Əliyevin olmasından, torpaqlarımızı işğaldan azad etmək üçün onun illərlə gərgin işlər gördüyündən, həm tarixi, həm də siyasi zamanlamanı çox dəqiqliklə hesablamasından danışdı. Bu gün Azərbaycan illərdir həsrətində olduğu, səbrsizliklə gözlədiyi tarixi və qürurverici günləri yaşayır. Son 100 ildə tarixdə mümkün olmayanı var etməyin yolunu cənab Prezidentimiz bütün dünyaya göstərdi. Onun rəhbərliyi ilə Azərbaycan əsgərinin vətən sevgisi, döyüş ruhu, peşəkarlığı, əzmlə irəliləməsi Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Ağsaqqallar da bu ahıl yaşda fərəhli günləri onlara, xalqımıza yaşatdığı üçün Müzəffər Ali Baş Komandana dərin təşəkkürlərini bildirərək, bu 44 gündə xalq-hakimiyyət birliyinin qürurvericiliyindən, xalqımızın gələcəyi üçün yeni parlaq səhifə açılmasının əhəmiyyətindən danışdılar. Görüşü çay sürfəsi ətrafında davam etdirən tədbir iştirakçıları rayonda aparılan abadlıq və quruculuq işlərindən, yeniliklərdən, Möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin hər yerində olduğu kimi Oğuzun qısa müddət ərzində sosial-iqtisadi inkişafından danışmışlar.



Qeyd olunmuşdur ki, sadalanan uğurların əldə edilməsində rayon ağsaqqallarının da əməyi əvəzsizdir. Görüşdə söz alan rayon ağsaqqallarından İzzət Seyidov, Şövkət Cəlilov Şabəddin Məmmədli və Rizvan Gondalov rayonun inkişafı ilə bərabər bəzi mövcud olan problemlər barədə də söz açdılar. Deputat Aqiyə Naxçıvanlı qaldırılan, lakin rayonun imkanları xaricində olan problemlərin həlli üçün şəxsən aidiyyəti orqanlar qarşısında məsələ qaldırdığını, bəzilərinin isə həlli üçün birgə fəaliyyətin vacibliyini nəzərə çatdırdı. O, qeyd etdi ki, mənəviyyatla bağlı məsələlərin həllində əsas yük ağsaqqalların və böyüklərin üzərinə düşür. Belə məsələləri ətraflı müzakirə etmək, çıxış yollarını tapmaq lazımdır. Çünki Azərbaycanda ağsaqqallıq institutu min illərin sınağından uğurla çıxmış, xalqımızın ən çətin anlarında özünü uğurla təsdiqləmişdir.

Qarşılıqlı fikir mübadiləsi və səmimi şəraitdə keçən görüşdə deputat Aqiyə Naxçıvanlı ağsaqqallara dəyərli fikir və təkliflərinə görə minnətdarlıq etmiş, onların bu səylərinin rayonunun inkişafına öz töfhəsini verdiyini bildirilmişdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

9370 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-08-2021