Mobil versiya
Bir başlı, iki bədənli əkizlər öldü FOTO
Tarix: 27-04-2016 | Saat: 13:35
Bölmə:Media | çapa göndər


Hindistanın şərqində, Qucarat əyalətində siam əkizləri doğulub.

Aia.az "The Daily Mail"ə istinadən bildirir ki, siam əkizlərinin bədənləri ayrı olsa da, onların bir başları və bir sifətləri olub. Qəzetin məlumatına əsasən, körpələr doğulduqdan sonra 6 dəqiqə yaşayıblar.

Həkimin sözlərinə görə, bu cür anomaliyalar hamiləliyin ilk trimestrində bəlli olsa da, ana hamiləliyin 7-ci ayında ilk dəfə UZİ müayinəsinə gəlib.

Həkimlər bu hadisəyə hazır olublar və valideynlərə xəbərdarlıq ediblər ki, uşaqların başlarını sonrakı müddətdə ayırmaq mümkün olmayacaq.

Siam əkizləri-embrionların tam ayrılmaması nəticəsində yaranır və demək olar ki, bədənin və ya daxili orqanların bir olması ilə doğulurlar. Siam əkizlərinin, demək olar ki, yarısı ölü doğulurlar.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024