Mobil versiya
Türkiyə səfiri Şəhidlər xiyabanı və “İmamzadə” türbəsini ziyarət edib – - FOTOLAR
Tarix: 12-07-2021 | Saat: 17:16
Bölmə:Manşet / Siyasət | çapa göndər

Türkiyə səfiri Şəhidlər xiyabanı və “İmamzadə” türbəsini ziyarət edib –

Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı Gəncədə səfəri çərçivəsində səhər saatlarında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Gəncə Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, rəsmi qonağa Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə ətraflı məlumat verən şəhər rəhbəri, 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanın yanında olan qardaş Türkiyə xalqı və hökumətinə öz dərin minnətdarlığını bildirib.

Səmimi qəbula görə şəhər rəhbərinə öz təşəkkürünü bildirən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, elm və mədəniyyət mərkəzi Gəncədə olmaqdan böyük məmnunluq duyduğunu bildirib.

Rəsmi görüşdən sonra Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Gəncənin Şəhidlər xiyabanını ziyarət edib, əbədi məşəl abidəsi önünə əklil qoyub. O, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarlarını ziyarət edərək, onların xatirəsini ehtiramla yad edib.

Cahit Bağcı Nizami Gəncəvi məqbərəsi və muzeyini, həmçinin “İmamzadə” türbəsini ziyarət edib. Səfirin gün ərzində Azərbaycan Xalq Cümhuriyyəti və Nuru Paşanın ev muzeylərinə baş çəkəcəyi, Gəncə Dövlət və Azərbaycan Dövlət Aqrar Universitetlərində bir sıra görüşlər keçirəcəyi də gözlənilir.

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə