Elmira Mürşüdlü: “Azərbaycan bu gün dünyada ən cəlbedici investisiya mühitinə sahib olan ölkələrdən biridir”
Tarix: 07-07-2021 | Saat: 15:34
Bölmə:Siyasət | çapa göndər

“Son illər dünyada ardıcıl müşahidə olunan iqtisadi böhran dalğaları, müxtəlif hərbi münaqişələr səbəbilə qlobal miqyasda artan miqrant köçləri və nəhayət son iki ildə bəşəriyyəti təhdid edən koronavirus pandemiyası dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşmasına səbəb olub. Bu isə öz növbəsində bütün dünyada iqtisadiyyatın məhz qeyri-neft sahəsinə maraq və diqqəti artırır. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkədə uğurla yürütdüyü iqtisadi siyasətin prioritet istiqamətləri kimi məhz iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft gəlirlərinin artırılması xətlərinin müəyyənləşdirilməsi də böyük əhəmiyyət kəsb edir. O cümlədən ölkəmizdə Ələt Azad İqtisadi Zonasının yaradılması da Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsaslı dönüş yaradacaq.” Bunu saytımıza verdiyi açıqlamasında Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Elmira Mürşüdlü deyib.
Müsahibimiz bildirib ki, bu layihənin icrası ölkə iqtisadiyyatının daha da möhkəmləndirilməsinə, böyük iqtisadi dividendlərin əldə olunmasına misilsiz töhfələr verəcək: “Ələt Azad İqtisadi Zonasının yaradılması həqiqətən möhtəşəm bir ideyadır. Bu layihənin icrası ölkəmizin iqtisadiyyatının daha da möhkəmləndirilməsinə, inkişafına və böyük iqtisadi dividendlər qazanmasına mühüm töhfələr verəcək. Həmçinin bu layihənin Azərbaycanın regional və beynəlxalq mövqeylərinin daha da möhkəmlənməsində əhəmiyyətli rolu olcaq. Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində kilid mövqeylərə sahib olan ölkəmizin bütün digər trans-milli layihələrdə iştirakının strateji əhəmiyyəti daha da artacaq. Sözsüz ki, azad iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitlərin artırılmasına da öz müsbət təsirini göstərəcək, yeni investisiyaların cəlb edilməsinə geniş imkanlar yaradacaq. Ümumiyyətllə qeyd olunmalıdır ki, Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində indiyədək bir çox vacib layihələr həyata keçirilib. Hətta qlobal pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu layihələr uğurla davam etdirilir. Ələt Azad İqtisadi Zonasının yaradılması da bunun bariz nümunəsidir. Heç şübhəsiz bu ideyanın da təməlində Prezident İlham Əliyevin uğurlu siyasəti dayanır.”
Daha sonra Elmira Mürşüdlü deyib ki, Ələt Azad İqtisadi Zonasında sərmayəçilərə əhəmiyyətli güzəştlərin və iqtisadi stimulların nəzərdə tutulması bu layihənin cəlbediciliyini və effektivliyini daha da artırır: “Bütün dünyada Azad iqtisadi zonalar xüsusi rejim altında fəaliyyət göstərən ölkə ərazisinin bir hissəsidir. Hazırda 100-dən çox ölkədə 1000-dən artıq xüsusi iqtisadi zonalar fəaliyyət göstərir. Azərbaycanda azad iqtisadi zonaların yaradılması sahəsində ötən müddətdə mühüm işlər görülüb. Belə ki, ən yaxşı beynəlxalq təcrübə öyrənilib, təhlillər aparılıb və onun ölkəmizdə tətbiqi üçün ilk olaraq normativ hüquqi bazanın formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib. Cənab Prezident tərəfindən 2019-cu ildə imzalanmış, “Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq fərmanlara əsasən bu ərazidə iqtisadi fəaliyyətin hüquqi-texniki əsasları müəyyən edilib. Həmin sənədə əsasən, müvafiq dövlət qurumları azad iqtisadi zonada biznes, vergi, gömrük, digər iqtisadi və sosial tədbirlərin hüquqi-iqtisadi mexanizmləri hazırlayıblar. Bu zonada maliyyə və sığorta xidmətləri, torpaq münasibətləri, gömrük, miqrasiya, əmək münasibətləri, vergi tənzimlənməsi, notariat fəaliyyəti, müflisləşmə və iflas, rəqabət, əqli mülkiyyət, ətraf mühit və s. məsələlərlə bağlı xüsusi güzəştlər tətbiq olunacaq. Burada fəaliyyət göstərəcək investorlar bütün vergilərdən azad ediləcək, müxtəlif növ güzəşt və stimullardırıcı addımlar tətbiq olunacaq. Xarici ticarətdə güzəştlər, o cümlədən ixrac-idxal rüsumlarının azaldılması və ya ləğvi, xarici ticarət əməliyyatlarının sadələşdirilməsi, fiskal güzəştlər – müəyyən fəaliyyət növlərinin vergilər baxımından stimullaşdırılması nəzərdə tutulur. Ümumiyyətlə Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanda bu gün çox gözəl sərmayə iqlimi vardır. Azərbaycan bunu artıq həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirib, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində ölkəmizdə çox gözəl investisiya iqlimi yaradılıb.”
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-05-2025