Mobil versiya
Mina xəritələrinin qaytarılması Azərbaycana azad edilmiş torpaqlara xarici sərmayə cəlb etməyə imkan verəcək - Brayza
Tarix: 04-07-2021 | Saat: 13:44
Bölmə:Siyasət | çapa göndər

Mina xəritələrinin qaytarılması Azərbaycana azad edilmiş torpaqlara xarici sərmayə cəlb etməyə imkan verəcək - Brayza

Mina xəritələrinin təqdim edilməsində irəliləyiş azad edilmiş Azərbaycan torpaqlarına xarici sərmayələrin cəlb edilməsinə imkan verəcəkdir.

Bunu Aia.az-a ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib.

M.Brayza deyib ki, saxlanılan 15 erməninin Azərbaycan tərəfindən azad olunması müqabilində Ermənistan Füzuli və Zəngilanda basdırdığı 90 mindən çox mina xəritələrini təqdim edib:

"Birinci dəfə Ağdamın mina xəritələri təqdim edilib. Beynəlxalq humanitar hüquqa uyğun olaraq, Ermənistan mina xəritələrini təqdim etmək məcburiyyətindədir. Bununla belə, həmin saxlanılanlar əsgər olsaydı, Azərbaycan onları Ermənistana qaytarmaq məcburiyyətində qalacaqdı. Ancaq bu saxlanılan ermənilər 10 noyabr 2020-ci il tarixli bəyanatının qüvvəyə minməsindən sonra Azərbaycan ərazisinə qanunsuz olaraq daxil olublar, bu da onların Azərbaycan ərazisinə qanunsuz olaraq daxil olmasını göstərir".

Keçmiş səfir mina xəritələri və məhbusların mübadiləsinin praqmatik, müsbət və vacib bir proses olduğunu hesab edir:

"Ümid edirəm ki, bu davam edəcək və bütün mina xəritələri təqdim ediləcəkdir. Bu, Ermənistan daxilində müsbət siyasi dinamika yaradılmağına imkan verəcək. Bu da hazırda Azərbaycanla, Türkiyə ilə bütün nəqliyyat və iqtisadi əlaqələri bərpa etmək üçün böyük fürsətdən istifadə etməyə və regional iqtisadiyyata inteqrasiya etməyə imkan vərəcək.

Bu, bölgədəki bütün nəqliyyat əlaqələrinin bərpa edilməli olduğunu bildirən 10 Noyabr 2020-ci il tarixli bəyanatın son bəndinin həyata keçirilməsinə doğru bir addımdır. Bu, Ermənistana iqtisadiyyatını artırmaq, iş yerləri açmaq və Azərbaycan və Türkiyə ilə birlikdə sülhü və sabitliyi möhkəmləndirmək və daha yaxşı, daha firavan və daha etibarlı bir gələcək qurmaq üçün daha yaxşı bir şans verir. Hesab edirəm ki, bu cür irəliləyiş Türkiyədən, eləcə də Dünya Bankı kimi təşkilatlardan, ABŞ kimi böyük ölkələrdən və Avropalı müttəfiqlərdən Azərbaycanın azad edilmiş ərazilərinə əhəmiyyətli sərmayələr cəlb edəcəkdir".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024