Mobil versiya
Deputat: Ələt Azad İqtisadi Zonası ölkə iqtisadiyyatının şaxələndirilməsini sürətləndirəcək
Tarix: 02-07-2021 | Saat: 14:51
Bölmə:Manşet / Siyasət | çapa göndər

Deputat: Ələt Azad İqtisadi Zonası ölkə iqtisadiyyatının şaxələndirilməsini sürətləndirəcək

Ələt Azad İqtisadi Zonasının yaradılması ölkəmizdə qeyri-neft sektorunun inkişafında açılan yeni səhifə kimi böyük əhəmiyyətə malikdir. Əminliklə deyə bilərik ki, investorların buraya marağı çox böyük olacaq.

Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat bildirib ki, xüsusi qanunlarla idarə ediləcəyinə görə Ələt Azad İqtisadi Zonası xarici sərmayədarlar üçün maraqlı investisiya məkanına çevriləcək. Ələt İqtisadi Zonası burada yaradılacaq sosial infrastruktur və xarici sərmayədarlar üçün təqdim ediləcək imkanlar baxımından digər ölkələrdəki oxşar zonalardan daha cəlbedici olacaq.

“Alimlərin araşdırmalarına görə, neft-qaz sektorunun gələcəyi heç də parlaq görünmür. Çünki neft resursları dünyada həm tükənmək üzrədir, həm də alternativ enerji vasitələri və digər əvəzləyicilər kəşf olunur ki, bu da gələcəkdə neft sektorunun əhəmiyyətini azaldacaq. Bütün bunları nəzərə alaraq ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların gələcəyə hesablandığını qeyd etmək olar. Ələt Azad İqtisadi Zonasının yaradılması ölkə iqtisadiyyatının dinamik inkişafı baxımından böyük əhəmiyyətə malik olacaq”, - deyə deputat qeyd edib.

A.Badamov qeyd edib ki, qabaqcıl idarəetmə əlavə dəyərli və ixracyönümlü istehsalı təmin edəcək. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorların cəlb edilməsi, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafını sürətləndirəcək, dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına töhfə verəcək. Nəticədə ölkəmizdə on minlərlə yeni iş yeri yaradılacaq.

“Ələt Azad İqtisadi Zonası tranzit-logistik imkanlar da təqdim edəcək. Bura həm Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yerləşdiyi, həm də beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi ərazidir. Azad iqtisadi zona üçün belə əlverişli məkanın seçilməsi bu ərazidə idxal-ixrac əməliyyatlarının həyata keçirilməsini asanlaşdıracaq. Ələt Azad İqtisadi Zonasının planlaşdırılmasında və bu ərazinin fəaliyyəti ilə bağlı qanunvericilik bazasının hazırlanmasında dünyanın bu sahədə ən uğurlu təcrübələri öyrənilərək istifadə olunub. Bu iqtisadi zonaya investisiya qoyacaq sərmayədarların maraqları tam şəkildə təmin olunacaq. Deyə bilərik ki, Ələt Azad İqtisadi Zonası ölkə iqtisadiyyatının şaxələndirilməsini sürətləndirəcək və neft sektorundan asılılığın azaldılmasına töhfə verəcək”, - deyə deputat qeyd edib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024