Mobil versiya
Rəşad Həsənov: “Azərbaycan bundan sonra da öz Zəfər yoluna inamla davam edəcək”
Tarix: 01-07-2021 | Saat: 09:00
Bölmə:Siyasət | çapa göndər

Rəşad Həsənov: “Azərbaycan bundan sonra da öz Zəfər yoluna inamla davam edəcək”

“Azərbaycan artıq neçə ildir ki, Cənubi Qafqazda lider dövlət olaraq çıxış edir. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra isə ölkəmizin regionda istər təhlükəsizliyin və sabitliyin qorunub saxlanması, istərsə də iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsi baxımından aparıcı rolu getdikcə daha da artmaqdadır. Azərbaycan hər zaman olduğu kimi, yenə də region ölkələrinin, qonşu dövlətlərin vətəndaşlarının da rifah səviyyələrinin yüksəlməsinə böyük töhfələr verəcək.”

Bu fikirləri Astara Rayon Təhsil Şöbəsinin müdiri, YAP Astara Rayon Təşkilatı İdarə Heyətinin üzvü Rəşad Həsənov deyib.

Hakim partiya təmsilçisi bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer aldığını qeyd edib. Rəşad Həsənovun sözlərinə görə məhz bu amil ölkəmizin Vətən müharibəsində tarixi Qələbəsini təmin edib: “Otuz ilə yaxın müddət ərzində Azərbaycan öz ərazi bütövlüyünü məhz sülh yolu ilə bərpa etmək üçün bütün imkanlardan istifadə etdi. Lakin bütün bu səylər heç bir nəticə vermədi. Cəzasızlıq şəraitində bəslənən Ermənistan isə bəzi xarici himayədarlarına arxalanaraq son iki ildə ümumiyyətlə işğal etdiyi əraziləri heç vaxt geri qaytarmaq niyyətində olmadığını açıq-aşkar bəyan etməyə başladı. Öz çıxışında Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, Birinci Qarabağ müharibəsi ölkəmiz üçün ümummilli faciə idi və böyük humanitar fəlakətə səbəb olmuşdu. Sayı səkkiz milyon olan Azərbaycan əhalisinin bir milyonu qaçqın və məcburi köçkün vəziyyətində yaşamalı olmuşdu. İqtisadiyyat demək olar ki, tamamilə dağıdılmışdı, sənaye potensialı məhv edilmişdi, iqtisadi inkişaf haqqında söhbət belə getmirdi. Bütün bunlar bizim düşmənlərimizə və Ermənistanın himayədarlarına ümid verirdi ki, Azərbaycan artıq heç zaman ayağa qalmayacaq, öz ərazi bütövlüyünü bərpa etmək gücündə olmayacaq. Bəzu beynəlxalq təşkilatlar isə ölkəmizə açıq-aşkar bu itki ilə barışmaq təklifi edirdilər. Lakin bütün bu illər ərzində ilk öncə ulu öndər Heydər Əliyev ölkəni inkişaf yoluna çıxardı, 2003-cü ildən sonra isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu inkişafı yüksək dinamika ilə davam etdirdi. Dövlətimizin başçısı son 18 ildə qatıldığı bütün mötəbər beynəlxalq tədbirlərdə hər zaman birmənalı olaraq bəyan edirdi ki, Azərbaycan işğal faktı ilə barışmayacaq və əgər sülh yolu ilə mümkün olmasa, hərbi yolla öz torpaqlarını azad edəcək. Nəticədə belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Şanlı Azərbaycan ordusu şəhidlərimizin qisasını döyüş meydanında aldı. Azərbaycan Prezidentinin bütün bu illər ərzində həyata keçirdiyi düşünülmüş xarici və daxili siyasət öz nəticəsini lazım olan anda verdi. Azərbaycan bütün gücünü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Məhz buna görə də bu gün Azərbaycan Silahlı Qüvvələr Gününü qalib xalq kimi qeyd edir. Möhtərəm Prezidentimizin dediyi kimi, əldə olunmuş Qələbə ədalətin təntənəsidir. Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq.”

Həmçinin Rəşad Həsənov Cənubi Qafqazda yaranan yeni reallıqların həm region ölkələri qarşısında, həm də ümumilkdə Avrasiya məkanında böyük iqtisadi inkişaf perspektivləri açdığının qeyd edərək bunları deyib: “Azərbaycanın tarixi qələbəsi nəticəsində Cənubi Qafqazda yaranan yeni reallıqlar həm region ölkələri qarşısında, həm də ümumilkdə Avrasiya məkanında böyük iqtisadi inkişaf perspektivləri açıb. Təbii ki, bu imkanlar regional iqtisadi əməkdaşlıqda maraqlı olan ölklər tərəfindən yüksək qiymətləndirilir. Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında bütün region ölkələrinin bu imkanlardan yararlana biləcəklərini bir daha vurğuladı. Dövlətimizin başçısı deyib ki, Azərbaycanın tarixi əraziləri olan Zəngəzur mahalından keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Həmçinin bu layihələr digər ölkələr üçün də yeni, əlavə imkanlar yaradacaq. Hətta Ermənistan da bu imkanlardan yararlanmaq şansı alacaq. Məlumdur ki, Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, Azərbaycan artıq yeni nəqliyyat dəhlizinin yaradılması istiqamətində iri həcmli işlərə start vermişdir. Lakin Ermənistan tərəfi bütün bu layihələrə qatıla bilmək üçün ilk növbədə özünü islah etməli və ən azından bundan sonra xoşməramlı siyasət yürüdəcəyinə Azərbaycanı inandırmalıdır. Bununla belə bütün dünya bilməlidir ki, istənilən halda nə Ermənistanın, nə də onun havadarlarının mövqey və rəyləri Azərbaycanın planlarını pozmağa, ölkəmizi daha firavan gələcəyə doğru inamla irəliləməsini əngəlləməyə qadir deyil. Azərbaycan Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbəsilə tarixi ədaləti bərpa etdi və bundan sonra da öz Zəfər yoluna inamla davam edəcək.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-05-2025