Hafis Bəşirov: “Azərbaycan Cənubi Qafqazda dəyişməz lider mövqeyini qalib ölkə statusu ilə bir qədər də möhkəmləndirdi”
Tarix: 30-06-2021 | Saat: 12:26
Bölmə:Siyasət | çapa göndər

“26 iyun-Silahlı Qüvvələr Günündə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə səsləndirdiyi bəyanatlar Azərbaycanın Cənubi Qafqazda dəyişməz lider mövqeyinin və qalib ölkə statusunun daha bir təsdiqi oldu. Həmin bəyanatlarda Azərbaycanın mövcud olduğu regionda sülh və sabitliyə təhdid törətmək istəyində ola biləcək bütün qüvvələrə ünvanlanmış xəbərdarlıq mesajları da açıq-aydın səsləndirildi. Artıq bütün dünya bilməlidir ki, Azərbaycanla dostluğun faydaları nə qədər çoxdursa, düşmənçiliyin ziyanı ondan da çox olacaq.”
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov deyib.
Müsahibimiz bildirib ki, 44 günlük Vətən müharibəsi təkcə Azərbaycanın deyil bütünlükdə Cənubi Qafqazın tarixində son dərəcə böyük əhəmiyyət kəsb edən və regionun gələcəyinə təsir göstərəcək bir hadisə oldu: “Vətən müharibəsinin nəticələrinin əhəmiyyətini düzgün qiymətləndirə bilmək üçün bu məsələyə eyni zamanda bir neçə aspektdən yanaşmaq lazımdır. Təbii ki, ilk növbədə Azərbaycan regionun ən böyük və ən zəngin ölkəsi olaraq öz torpaqlarını işğaldan azad etməklə bəzi xarici qüvvələrin həmin ərazilərin işğal faktı üzərindən müəyyən siyasi manipulyasiyalar etmək imkanlarını tamamilə aradan qaldırdı. Bununla Azərbaycan öz gücünü həm dostlarına, həm də düşmənlərinə göstərdi. Artıq Cənubi Qafqazda hər hansı bir beynəlxalq layihəni həyata keçirmək istəyən bütün transmilli konsorsiumlar da belə bir layihənin təhlükəsizliyinə görə narahatlıq hissi keçirməyəcəklər. Çünki bu gün Cənubi Qafqazda regional sülhün və sabitliyin əsas təminatçısı kimi məhz Müzəffər Azərbaycan Ordusu çıxış edir. İkinci bir tərəfdən isə, Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə Azərbaycan əslində bütün regionu son dərəcə təhlükəli və hətta yoluxucu ola biləcək erməni faşizmi kimi bir bəladan qurtarmış oldu. Ermənistanın faşist xisləti onların indiyədək işğal olunmuş ərazilərdə törətdikləri soyqırımları, talançılıq, vandalizm və digər insanlıq əleyhinə cinayətləri ilə təsdiq olunub və bu, artıq heç kim üçün müzakirə mövzusu belə deyil. Əgər Azərbaycanın dəmir yumruğu erməni faşizminin belini qırmasaydı, bu zaman gələcəkdə erməni qəsbkarlarının digər qonşularına qarşı da irəli sürə biləcəkləri ərazi iddiaları Cənubi Qafqazı gözləyən daha böyük fəlakətlərin başlanğıcı ola bilərdi. Nəhayət Vətən müharibəsinin ən mühüm nəticələrindən biri də Azərbaycanın Qələbəsilə regionda yaranmış yeni reallıqlar və bu zəmində ortaya çıxan iqtisadi inkişaf perspektivləri ilə bağlıdır. Təbii ki, Azərbaycan bu imkanlardan ən çox yararlanmaq haqqına sahib olan dövlətdir. Bundan əvvəlki dövrlərdə də Azərbaycanın təşəbbüsü ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib, əməkdaşlığın yeni formatlarını şərtləndirib. Prezident İlham Əliyevin yürütdüyü uğurlu enerji siyasəti, nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri ölkəmizlə bərabər icra edən dövlətlərin sayı artmaqdadır. Bütün bu və digər məqamlar artıq Azərbaycanın tamamilə yeni bir inkişaf dövrünə qədəm qoyması üçün müvafiq imkanlar yaradıb.”
Daha sonra hakim partiya təmsilçisi Vətən müharibəsinə qədər keçən son 17 il ərzində ölkəmizdə aparılan hazırlıq işlərinin müstəsna əhəmiyyətini vurğulayaraq bunları deyib: “Qeyd etmək lazımdır ki, məhz son üç il ölkəmiz üçün bir çox məqamlarla bağlı həlledici dövr olmuşdur. Təbii ki, bu müddət ərzində Azərbaycanın həyatında baş verən hadisələr arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin əldə olunmasıdır. Azərbaycan bu qələbəsilə öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Hər birimiz şahidik ki, son 17 il ərzində dövlətimizin başçısı münaqişə ilə bağlı bütün çıxışlarımda deyirdi ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq və heç vaxt imkan verməyəcək ki, öz tarixi torpaqlarında ikinci erməni dövləti yaradılsın. Uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar deyirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Lakin Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev isə dəfələrlə demişdi ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu. Əldə olunmuş tarixi qələbə möhtərəm Prezidentimizin güclü iradəsini, xalqımızın böyük əzmini və Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi. Heç bir şübhə yoxdur ki, bu gün Azərbaycanın güclü bir dövlətə çevrilməsinə və nəticə etibarı ilə öz ərazi bütövlüyünü bərpa etməsinə zəmin yaratmış ən önəmli faktor ölkəmizdə xüsusilə son 17 ildə müşahidə olunan dinamik iqtisadi inkişaf amilidir. Görülən tədbirlər sayəsində ilk növbədə daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Eyni zamanda həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə çevrildi. 2005-ci ilə qədər Azərbaycan üçün əsas hüquqi bazanın yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri olduğu halda, 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası uzun müzakirələrdən sonra ölkəmizi qane edən qətnamə qəbul etdi. Ardınca BMT Baş Assambleyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri buna oxşar qərar və qətnamələr qəbul etdilər. Bütün bunlarla yanaşı isə münaqişənin həlli üçün ən mühüm olan sahədə, ordu quruculuğunda möhtəşəm hazırlıq işləri həyata keçirildi. Sonda bütün bu hazırlıqlar sayəsində bizim qürur mənbəyimiz, Vətən müharibəsində tarixi Qələbəmiz əldə olundu.”
Sonda Hafis Bəşirov belə bir məqamı da qeyd edib ki, post-müharibə dövründə Azərbaycanda artıq formalaşan yeni inkişaf dinamikası bütün digər sahələr kimi, ordu quruculuğuna güclü təsirini göstərəcək: “Azərbaycanın parlaq Qələbəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına yenidən formalaşacaq qatqısı, logistik sahədə yeni perspektivlər respublikanın inkişaf potensialını artıracaq. Ərazi bütövlüyümüzün təmin olunması iqtisadi sferada böyük irəliləməyə gətirib çıxaracaq. Bu iqtisadi inkişafın dogru dəyərləndirilməsi ölkəmizin dünya səviyyəsində davamlı irəliləməsinə və dinamik inkişaf xəttinə malik olmasına səbəb olacaq. Təbii ki, iqtisadi potensialın müəyyən bir hissəsi yenə də ordu quruculuğu işlərinə yönəldiləcək. Çünki müasir dünyada iqtisadi və hərbi gücü olmayan dövlət nə özünün, nə də xalqının maraqlarını qoruya bilməz. Ölkə Prezidenti cənab İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, bu gün beynəlxalq hüquq normaları işləmir. Böyük dövlətlər onlara sərf edən qərarları icra edirlər, sərf etməyən qərarları icra etmirlər. Əks təqdirdə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən qətnamələr 30 il ərzində kağız üzərində qalmazdı. Beynəlxalq hüquq normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayan ölkələr üçün yazılıb. Böyük ölkələr buna məhəl qoymaya bilərlər. Məhz belə bir vəziyyətə düşməmək üçün də Azərbaycan öz ordusunu bundan sonra da gücləndirməli, ölkənin hərbi qüdrəti artırılmalıdır.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-09-2025