44 günlük müharibə fonunda güclənən Azərbaycan və məhv olan Ermənistan
Tarix: 29-06-2021 | Saat: 14:35
Bölmə:Media | çapa göndər
Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamı ilə təsis olunan “26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü” heç vaxt indi olduğu qədər mənalı və dəyərli olmayıb. Çünki bu il qeyd etdiyimiz bu əlamətdar gün ilk dəfədir ki, bütün torpaqlarımızın azadlığı və düşmən tapdağından qurtarılması şəraitində keçirilir. İlk dəfədir ki, bizlər 26 iyun tarixini şəhidlərimizin qarşısında başı dik olaraq qeyd edirik. İlk dəfədir ki, xalqımız illərdir ən müxtəlif müstəvilərdə aparılan haqq savaşının real nəticəsini görərək bu bayramı könül dolusu sevinclə qarşılayır. İlk dəfədir ki, məcburi köçkünlərimiz öz yurd-yuvasına qayıdacağı günü sadəcə ümidlə deyil həm də əminliklə gözləyir. Bugün Azərbaycan xalqı bu əlamətdar günü qeyd edərkən sözün əsl mənasında xoşbəxt və qürurludur. Bunun üçün hər bir azərbaycanlı Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev başda olmaqla Ordumuzun hər bir mənsubuna minnətdardır. Əlbəttə ki, buna nail olmaq heç də asan olmadı. Yüzlərlə igidimizin canı-qanı hesabına, ondan da çox əsgər və zabitlərimizin sağlamlığı hesabına bu gün Azərbaycan bu möhtəşəm zəfəri təmin edib. Ölkə başçımızın da dəfələrlə ifadə etdiyi kimi 44 günlük müharibəni Azərbaycan əsgər və zabitləri qazanıb. Milyonluq silahlar, müasir hərbi-texnika yox məhz Azərbaycan əsgəri. Əlbəttə ki, Ordunun hərbi arsenalında olan silahlar müharibədə vacib, hətta həlledici rol oynadı. itkilərimizin əsaslı dərəcədə azalmasında da hərbi texnikamız əhəmiyyətli rola sahib idi ancaq torpaqlarımızı azad edən Azərbaycan əsgəridir. Azərbaycan zabiti sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovdu və bu möhtəşəm qələbəni təmin etdi. Müzəffər Azərbaycan Ordusunun gücü 44 günlük müharibə ilə dosta, düşmənə və ümumilikdə bütün dünyaya nümayiş olundu.
26 iyun tarixində Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüş keçirdi. Görüş zamanı geniş nitqlə çıxış edən Ali Baş Komandan müharibənin gedişatı, müharibəyə qədər Azərbaycan dövlətinin izlədiyi yol və Ordumuzun şəxsi heyətinin şücaəti barədə olduqca əhəmiyyətli fikirlər bildirdi. Beləliklə, Prezident İlham Əliyevin nitqinə daha yaxından nəzər salaq.
Ölkə başçımızın nitqində diqqət çəkən məqamlarından biri olaraq müharibəyə qədər olan dövr ərzində ölkə rəhbərliyi tərəfindən aparılan siyasətin hər bir detalının şəxsi heyət və Azərbaycan xalqı qarşısında elanını göstərmək olar. Ölkə başçımız nitqi zamanı vurğuladı ki, biz bu günü – Zəfər gününü- yaxınlaşdırmaq üçün hazırlaşırdıq. Bəli, Azərbaycan dövləti bütün müstəvilərdə daim bu günlərə hesablanan dəqiq və düşünülmüş siyasət aparırdı. İstər beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərinin qurulmasında, istər müxtəlif ölkələrlə ikitərəfli formatda əlaqələrin qurulmasında, istər iqtisadiyyatın inkişafına ayrılan xüsusi diqqətdə, Ordu quruculuğunda və daha bir çox sahələrdə Azərbaycan dövləti daim Zəfər gününə hesablanan siyasət aparırdı. Bunun nəticəsidir ki, tarixi boyu anti-Azərbaycan mövqeyi ilə seçilən Avropa Parlamenti, Avropa Şurası kimi təşkilatlar da Azərbaycanın haqq mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmişdi. Azərbaycan İkinci Qarabağ müharibəsinə başlayarkən bütün böyük təşkilatların, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının və digər təşkilatların onun mövqeyini dəstəkləyən qətnamələri mövcud idi. Bu, Azərbaycan tərəfinin hüquqi baxımdan mövqeyini gücləndirən, onun öz torpaqları uğrunda mübarizə apardığını təsdiq edən mühüm hadisə idi. Ölkə başçımızın da müharibə dövrü ərzində beynəlxalq media orqanlarına verdiyi müsahibələrdə dəfələrlə ifadə etdiyi kimi, biz BMT-nin 1993-cü ildə qəbul etdiyi və artıq 27 ildir ki, icra olunmayan dörd qətnaməsini icra etdik. Heç bir dövlət bu reallığı gözardı edə bilməz. Azərbaycan öz torpaqlarında haqq mübarizəsi aparırdı. Təəssüf ki, hətta Azərbaycanın haqlılığının heç bir şübhə doğurmadığı belə bir situasiyada belə bəzi erənipərəst dövlətlər öz mövqeyindən əl çəkməmiş və Azərbaycanın əleyhinə qətnamə qəbul etdirməyə çalışmışdılar. Ancaq Azərbaycanın apardığı düzgün beynəlxalq siyasət burada da özünü göstərmiş və Qoşulmama Hərəkatına üzv yeddi dövlət–İndoneziya, Niger, Sent-Vinsent və Qrenadin, Tunis, Cənubi Afrika, Dominikan Respublikası və Vyetnam -bu qətnamənin əleyhinə səs verərək sənədin qəbul olunmasına icazə verməmişdi. Bəli, bu həqiqətən də vacib bir hadisədir. Dünyanın böyük dövlətlərinə qarşı atılan bu addım sözsüz ki, gələcəkdə də tarix kitablarında böyük diqqət və maraqla izlənəcək. Ən azından ona görə ki, bu “Dünya beşdən böyükdür” fikrinin canlı təzahürüdür. Əlbəttə ki, bu həm də Azərbaycanın həmin dövlətlər üçün və ümumilikdə bütün tərəfdaş dövlətlər üçün güvənilən bir ölkə olmağının da nəticəsidir. Qısaca bunu demək olar ki, 44 günlük Vətən müharibəsi güclənən, dünya müstəvisində öz yerini təsdiq edən Azərbaycanın və məhv olan, daha doğrusu yanlış siyasət ilə özü-özünü məhv edən Ermənistanın dünyaya təqdimatı idi.
Bəli, Ermənistan özü-özünü məhv edən ölkədir. Prezident İlham Əliyev də çıxışı zamanı bunu vurğulamışdır ki, Azərbaycana qarşı olan düşmənçilik Ermənistana çox baha başa gəldi. Bu işğal onlara heç nə qazandırmadı, əksinə onları bütün beynəlxalq layihələrdən kənarda qoyaraq ölkənin iqtisadiyyatını məhv etdi. Bu gün Ermənistan iqtisadi olaraq digər dövlətlərdən asılı olan və “vassal” olaraq xarakterizə edilən dövlətdir. Məlumdur ki, iqtisadiyyatı olmayan ölkənin müstəqil siyasəti, müstəqil qərarı ola bilməz. Ermənistan da məhz belə ölkədir. Öz qərarı, siyasəti olmayan “vassal” ölkə. Ermənistanın düşdüyü bu vəziyyətdən çıxmasının yeganə yolu isə qonşu dövlətlərlə problemlərini həll etməsi və regional layihələrin icrasına qoşulmasıdır. Daha da açıq şəkildə ifadə etsək, Azərbaycanla problemlərini həll etmək və sülh müqaviləsini imzalamaq Ermənistanın öz ölkəsi, öz vətəndaşları və öz gələcəyi naminə ata biləcəyi ən düzgün addımdır. Çünki, Ermənistan olsa da, olmasa da Azərbaycan regionda öz istəklərini reallaşdırmağa qadirdir. Bunun üçün Azərbaycanın siyasi və iqtisadi gücü var. Ancaq Ermənistanın yeganə çıxış yolu Azərbaycandır. Azərbaycanla münasibətlərini normallaşdıracağı təqdirdə Ermənistan düşdüyü “dalan”dan xilas ola və vətəndaşlarının gələcəyi naminə addım ata bilər. Əks təqdirdə ölkənin bundan da dərin uçuruma gedəcəyi şübhəsizdir.
Müslümov Loğman
Pirallahı rayon İcra Hakimiyyəti Başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
müavini (dini qurumlarla işin təşkilatçısı)
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-01-2025
18-01-2025
17-01-2025