Mobil versiya
Əhməd Əsgərov: “Azərbaycan Ordusu 30 il həllini gözləyən problemi cəmi 44 günə həll etdi”
Tarix: 28-06-2021 | Saat: 12:00
Bölmə:Siyasət | çapa göndər

Əhməd Əsgərov: “Azərbaycan Ordusu 30 il həllini gözləyən problemi cəmi 44 günə həll etdi”

“BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən qətnamələr 30 il ərzində kağız üzərində qaldı. Bu bir daha sübut edir ki, “ikili standartlar” siyasəti hətta ən mötəbər beynəlxalq təşkilatlar tərəfindən hələ də davam etdirilir. Lakin Azərbaycan da öz növbəsində sübut etdi ki, o, belə riyakarlığa qarşı səssiz qalacaq ölkə deyil. Azərbaycan Ordusu 30 il həllini gözləyən problemi cəmi 44 günə həll etdi. Həm də beynəlxalq hüquq normaları çərçivəsində.”

Bu fikirləri Füzuli suvarma sistemləri idarəsinin rəisi, YAP Füzuli rayon təşkilatının İdarə Heyətinin üzvü Əhməd Əsgərov deyi

Hakim partiya təmsilçisi qeyd edib ki, otuz il ərzində dünyada mövcud olan ermənipərəst qüvvələrin ardıcıl müdaxilələri səbəbilə münaqişənin sülh yolu ilə həlli mümkünsüz olub. Nəticədə Azərbaycana problemin həlli üçün məhz hərbi əməliyyatlara başlamaqdan başqa bir seçim buraxılmayıb: “30 ildən artıq müddət ərzində dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisəsi ilə bağlı baş verənlərə göz yumdu. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışdılar. Lakin Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparıldı. Nəticədə, ötən ilin sentyabr ayının 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsinin sonucu olaraq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdiyi tarixi qələbəsi ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı. Otuz il müddətində işğal altında olan torpaqlarımız azad edildi. Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əslində Ermənistan üçün bir kapitulyasiya aktı mahiyyəti daşıyan bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi.”

Daha sonra Əhməd Əsgərov belə bir məqamı da vurğulayıb ki, bu gün Ermənistanın tək çıxış yolu Azərbaycanla əlaqələrini yaxşılaşdırmaq və Azərbaycan sərhədlərini tanımaqdır: “Azərbaycanın bu günə qədər reallaşdırdığı beynəlxalq layihələr və kommunikasiya xətlərindən istifadə edə bilmək üçün region dövlətlərinə müraciət etmək, dövlətimizə digər beynəlxalq layihələri reallaşdırmaq üçün, xüsusilə də Zəngəzur dəhlizinin ən qısa zamanda fəaliyyətə başlamasını təmin etmək üçün Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi vacibdir. Əks təqdirdə Ermənistan özünü təcrid edəcək, bugünkü düşdüyü çətin iqtisadi durumdan və siyasi gərginlikdən heç zaman çıxa bilməyəcək. Ermənistan rəhbərliyi dərk etməlidir ki, Azərbaycan bundan sonra daha da güclənəcək. O cümlədən bizim hərbi gücümüz artacaq. Ermənistanın isə, nəinki hərbi gücünü və məhv edilmiş ordusunu bərpa etmək imkanı, hətta sadəcə iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Buna görə də Ermənistan rəhbərliyi vəziyyəti düzgün qiymətləndirməli və Dəmir yumruğun növbəti zərbəsinə öz ölkəsini məruz qoymamağa çalışmalıdır.”

Həmçinin Əhməd Əsgərov xüsusi olaraq qeyd edib ki, Vətən müharibəsində tarixi Qələbəni əldə etmək üçün xüsusilə son illər ərzində həm ölkə daxilində həm də beynəlxalq müstəvidə böyük hazırlıq işləri həyata keçirilib: “Vətən müharibəsində Qələbəni əldə etmək üçün ölkədə və beynəlxalq müstəvidə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük hazırlıq işləri görülüb. İlk növbədə əlbəttə ki, beynəlxalq müstəvidə uğur qazanmaq vacib idi. Məsələ bundadır ki, Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi Dağlıq Qarabağla bağlı, oradakı vəziyyətlə bağlı daim tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək Azərbaycan üçün başlıca vəzifə idi və Azərbaycan Prezidenti yürütdüyü düşünülmüş praqmatik xarici siyasət sayəsində buna nail oldu. Son illər ərzində aparıcı beynəlxalq təşkilatlar məhz Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etdilər. Prezident İlham Əliyevin ciddi səyləri nəticəsində Azərbaycan sübut etdi ki, beynəlxalq hüquq bizim tərəfimizdədir və Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, ölkəmizin maraqlarına cavab verən qərar və qətnamələr qəbul etdilər. Digər tərəfdən isə Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün bu illər ərzində ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirən ikitərəfli əlaqələrin inkişafını xüsusi diqqət mərkəzində saxladı. Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Ermənistan tamamilə təcrid edilmiş vəziyyətdə düşdü. Dövlət başçımızın yorulmaz fəaliyyəti nəticəsində bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsəvvür formalaşdı. İkitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurulmuş münasibətlər Azərbaycanın gücünü artırdı. Qardaş ölkələr – Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından öz dəstəyini göstərdi. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsl təntənəsi oldu.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-05-2025