AZ RU Mobil versiya
Şuşa Bəyannaməsinin imzalanması hər iki dövlət üçün böyük tarixi əhəmiyyət daşıyır
Tarix: 25-06-2021 | Saat: 13:07
Bölmə:Ölkə | çapa göndər

Şuşa Bəyannaməsinin imzalanması hər iki dövlət üçün böyük tarixi əhəmiyyət daşıyır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya tarixi səfəri hər bir azərbaycanlıda böyük qürur hissi doğurub. Ona görə ki, Türkiyə Prezidentinin Rəcəb Tayyib Ərdoğanın Şuşaya rəsmi səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə həmin şəhərdə görüşü Şuşaya verilən böyük önəmin göstəricisidir. Bu, Şuşanın bütün bölgənin inkişafında vacib mərkəz olacağını göstərir. Bu səfər regiona və bütün dünya dövlətlərinə ciddi mesaj da sayıla bilər. 
Türkiyə dövləti və onun Prezidenti İkinci Qarabağ müharibəsi dövründə Azərbaycana açıq-aşkar siyasi-mənəvi dəstək verdi və əminik ki, bundan sonra da bu kömək davam edəcək. Bu səfər zamanı Şuşa Bəyannaməsinin imzalanması hər iki dövlət üçün böyük tarixi əhəmiyyət daşıyır. Bəyannamədə maraqlı məqamlardan biri budur ki, tərəflərdən biri silahlı hücuma məruz qalarsa, yaranmış təhlükəni aradan qaldırmaq üçün koordinasiyalı hərəkət edəcəklər. Bu müstəvidə Türkiyə və Azərbaycan bir-birinin ərazi bütövlüyünə, təhlükəsizliyinə tam təminat verir. Bu təminat, eyni zamanda, Azərbaycanın bir hissəsi olan Qarabağa da aiddir. 


Digər mühüm məqamlardan biri Bəyannamədə Zəngəzur dəhlizi haqqında maddənin olmasıdır. Bu məsələ 10 noyabr bəyanatında da nəzərdə tutulub. Bəyannamədə Zəngəzurdan bəhs edilməsi heç də təsadüfi deyil. Ermənistanda səslənən fikirlər, sadəcə, daxili auditoriyaya hesablanıb və bu proses bundan sonra da davam edəcək. Artıq hər kəs yaxşı anlayır ki, Azərbaycanla Türkiyə qardaş dövlətlərdir, bunun alternativi yoxdur. Təbii ki, bu da Prezident İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan sənədlə rəsmiləşdi. Artıq dünya dövlətləri başa düşüblər ki, Azərbaycanla Türkiyə strateji müttəfiqlərdir və bu birliyə heç nə mane ola bilməz. 

Eyni zamanda, Azərbaycan dünyanın ən sakit, təhlükəsiz, inkişaf edən və beynəlxalq tədbirlərin keçirilməsi üçün müasir infrastruktur yaratmış ölkədir. Həm də beynəlxalq tədbirlərin keçirilməsində ölkəmiz böyük təcrübə qazanıb. Beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin tanıdılması və turizm sektorunun yenidən dirçəldilməsi baxımından, çox vacibdir. 

 Yasin Ələsgərov ,
YAP Göygöl rayon təşkilatının Aşıqlı kənd İƏD-i üzrə nümayəndəliyi ərazi ilk partiya təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi

6241 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-08-2021