Mobil versiya
Ordu quruculuğu Vətənə sevgidir, dövlətə və dövlətçiliyə sədaqətdir
Tarix: 25-06-2021 | Saat: 12:43
Bölmə:Gündəm | çapa göndər

Ordu quruculuğu Vətənə sevgidir, dövlətə və dövlətçiliyə sədaqətdir

Vətən müharibəsində əldə edilmiş Zəfər Azərbaycan Prezidentinin, xalqımızın və müzəffər ordumuzun qələbəsidir.  Tarixi torpaqlarımızı 30 ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı. Şanlı Aprel döyüşlərindən sonra dərs almayan Ermənistan ötən ilin iyul və avqust aylarında yenidən hərbi təxribatlara əl atdı, sentyabrın 27-də baş verənlər isə səbir kasamızı daşıran son damla oldu. 

Vətən müharibəsi başladı və bütün Azərbaycan bir neçə dəqiqənin içində cəbhəyə kökləndi. Hamının qəlbi Vətən naminə döyündü. Xalq öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin ləyaqət rəmzidir və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri çəkilməyib. Prezident İlham Əliyevin son 18 ildə həyata keçirdiyi ordu quruculuğu prosesi ona gətirib çıxardı ki, Prezident-Ordu-xalq birliyi qalib gəldi, düşmən 30 ildə işğal altında saxladığı torpaqlarımızdan qovuldu. Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. İllərdir qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Prezident İlham Əliyev müharibənin gedişində dəfələrlə bəyan etmişdir ki, “dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik.” Bu əminlik 44 günlük müharibədən Azərbaycanın qalib ayrılmasını şərtləndirdi. Prezident İlham Əliyev hər dəfə yeni kənd və şəhərlərimizin işğaldan azad olunması xəbərini xalqa çatdıranda bu, insanlarda qələbəyə böyük ümid yaradırdı. Döyüş meydanında baş verənlər Azərbaycan Prezidentinin uzaqgörənliyini, onun bacarığını ortaya qoydu. Bu həm də xalqın öz liderinə sonsuz inamının, ona etimadının təntənəsi idi. 

Beləliklə, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan təkcə döyüş meydanında deyil, həm də diplomatiya sahəsində qalib gəldi. Bu qələbə bir xalq kimi dünyaya gücümüzü göstərdi, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bunu düşmən də, onun havadarları da gördü. Biz həm də Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyev arzusunu, Onun  davamçısına vəsiyyətinin tarixi reallığa çevrilməsini gördük. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirməklə Azərbaycan tarixinə şanlı səhifə yazdı. Əlbəttə ki, bu işdə 18 il davamlı olaraq aparılan ordu quruculuğu da mühüm rol oynadı. Azərbaycan Prezidenti sübut etdi ki, ordu quruculuğu Vətənə sevgidir, dövlətə və dövlətçiliyə sədaqətdir.

Səbuhi Həsənov,
YAP Göygöl rayon təşkilatının Əlmədədli kənd İƏD-i üzrə nümayəndəliyi ərazi ilk partiya təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024