Mobil versiya
Paşinyanı canlı efirdə təhqir edən hərbçi tutuldu
Tarix: 24-06-2021 | Saat: 17:28
Bölmə:Cəmiyyət | çapa göndər

Paşinyanı canlı efirdə təhqir edən hərbçi tutuldu

2-ci Qarabağ Müharibəsində Azərbaycana qarşı döyüşən Artur Ayvazyan ("Rahib" ləqəbi ilə tanınır) həbs olunub.

Aia.az "bizim.media"ya istinadən xəbər verir ki,bu haqda məlumatı Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti yayıb.

O, xuliqanlıq maddəsi ilə ittiham olunub. İşin materiallarına görə, Ayvazyan canlı efirdə ölkənin hərbi-siyasi rəhbərliyini, baş naziri, seçkilər zamanı iqtidardakı partiyaya səs verən vətəndaşları təhqir edib. Həmçinin ciddi tədbir görməklə bu şəxsləri hədələyib.

Qeyd edək ki, may ayının əvvəlində Ayvazyan dostları ilə birlikdə Tex kəndi yaxınlığındakı yolu bağlayıb və Zəngəzur mahalının (Sünik vilayəti) sərhədlərini qorumaq üçün silahlandırmalarını tələb edib.

Həmin vaxt polis 8 nəfərin hücumuna məruz qalıb, onların arasında Ayvazyan da olub. Lakin məhkəmə müstəntiqin onun haqda həbs tələbini təmin etməyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024