Mobil versiya
Azyaşlıların peyvənd olunması ilə bağlı ciddi araşdırma aparılmalıdır - Həkim-infeksionist
Tarix: 24-06-2021 | Saat: 14:43
Bölmə:Cəmiyyət | çapa göndər

Azyaşlıların peyvənd olunması ilə bağlı ciddi araşdırma aparılmalıdır - Həkim-infeksionist

Azyaşlıların COVİD -19-a qarşı peyvənd olunması ilə bağlı ciddi araşdırma aparılmalıdır.

Bunu Aia.az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İşçi Qrupunun rəhbəri Vasif Əliyev deyib.

Həkim-infeksionist bildirib ki, bu xəstəliklə mübarizə ilə bağlı araşdırmaların hamısı 18 yaşdan yuxarı vətəndaşlarda aparılırdı: "Hazırda yaradılan peyvəndlər 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub. Təbii ki, ilk risk qrupunda olan insanlar 18 yaşdan yuxarı yaş həddində nəzərdə tutulub. Risk qrupuna daha çox yuxarı yaşı olanlar daxildir. Uşaqlarda isə bu xəstəlik yüngül formada keçir. Azyaşlı uşaqlarda bu xəstəliyin ağır formasını görməmişik. Amma xəstəliyi ağır formada keçirməsə belə, uşaqlar özləri aktiv virus daşıyıcısıdır. Daşıyıcı olan uşaq da bu virusu evindəki böyüklərə keçirə bilər. Ona görə də uşaqların peyvənd olunması göstəriş ola bilər. Çünki bununla biz yoluxma zəncirini daha güvəncli qıra bilərik. Araşdırmalar göstərib ki, "Pfizer" peyvəndinin 12 yaşdan yuxarı uşaqlara istifadəsi zərərsizdir. Eyni zamanda Çində "Sinovac" peyvəndinin 3 yaşdan yuxarı uşaqlara vurulması tövsiyyə edilib. Lakin bu fikirlər hələ araşdırılmalıdır".

TƏBİB rəsmisi vurğulayıb ki, hansı yaş qrupuna hansı peyvəndin güvənli istifadə ediləcəyi ciddi araşdırılmalıdır. Əgər araşdırmalar yekunlaşarsa, uşaqlar da peyvənd oluna bilər. Bundan sonra daha yaxşı nəticə əldə etmək olar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024