AZ RU Mobil versiya
Azərbaycanın şimal bölgəsinin enerji şəbəkəsi yenidən qurulur
Tarix: 24-06-2021 | Saat: 14:16
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycanın şimal bölgəsinin enerji şəbəkəsi yenidən qurulur

“Azərişıq” ASC elektrik enerjisi istehlakçılarının dayanıqlı, keyfiyyətli və fasiləsiz enerji ilə təmin edilməsi, mövcud şəbəkələrin yenidən qurulması və itkilərin qarşısının alınması istiqamətində işlərini davam etdirir.

ASC-dən bildirilib ki, Şimal Regional Elektrik Təchizatı və Satışı İdarəsi ərazisində son illər ərzində 28 ədəd 35 kilovoltluq yarımstansiya tikilib, 7 ədəd 35/0,4 kilovoltluq komplekt transformator məntəqələri (KTM) quraşdırılıb və 3 ədəd 35 kilovoltluq mövcud köhnəlmiş yarımstansiya yenidən qurulub. Yeni tikilmiş və yenidənqurma işləri aparılmış bütün yarımstansiyalarda müasir avadanlıqlar quraşdırılıb.

Bundan başqa 124 kilometrdən artıq 35 kilovoltluq yeni hava elektrik veriliş xətləri çəkilib, 445 ədəd müxtəlif güclü KTM quraşdırılıb, 1534 kilometr özünüdaşıyan izolyasiyalı naqil (ÖİN) tipli xətlər çəkilib və abonentlərin ünvanlarına 140 min 744 ədəd elektrik hesabat sayğacları quraşdırılıb. Bu işlərin davamı olaraq hazırda Siyəzən rayonu Dağquşçu kəndində gücü 2,5 meqavat olan yarımstansiya tikilir və yarımstansiyanı qidalandırmaq üçün 10,5 kilometr uzunluğunda 35 kilovoltluq hava elektrik veriliş xətləri çəkilir. Xaçmaz şəhərinin 21, 25-ci məhəllələrində və İstisu qəsəbəsində, Qusar şəhərinin M.Vəliyev küçəsində, Həmzə və Aladaş kəndlərində, Şabran rayonunun Surra kəndində, Quba rayonunun Amsarqışlaq və Vəl-Vələ kəndlərinin 10 və 0,4 kilovoltluq şəbəkələrində yenidənqurma işləri davam etdirilir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

489 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-08-2021