Leyla Məmmədova : “Regionunda məhz Azərbaycanın əsl söz sahibi olduğunu bu gün bütün dünya müzakirəsiz qəbul edir”
Tarix: 23-06-2021 | Saat: 12:00
Bölmə:Siyasət | çapa göndər

“Şuşa Bəyannaməsində diqqəti cəlb edən mühüm cəhətlərdən biri də bu sənəddə digər bir tarixi sənədə, yüz il bundan əvvəl imzalanmış Qars müqaviləsinə istinadların yer almasıdır. Son dərəcə önəmli bir məqamdır ki, Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu, heç şübhəsiz İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi reallıqların təxahürlərindən biridir və Azərbaycan artıq bu reallıqların təhrif olunmasına qətiyyən yol verməyəcək. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün artıq Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması istiqamətində konkret əməli işlər görülür. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin ən parlaq təzahürlərindən biridir.”
Bu sözləri Bərdə şəhər 10 saylı uşaq bağçası-körpələr evinin müdiri Leyla Məmmədova deyib.
Müsahibimiz həmçinin qeyd edib ki, Şuşa Bəyannaməsi bütün türkdilli dövlətləri tamamilə yeni formatda əlaqələrin qurulmasına çağıran bir nümunədir: “Azərbaycan və Türkiyə arasındakı münasibətlər hər zaman yüksək səviyyədə olub və bundan sonra da artan xətlə inkişaf edəcək. Öz çıxışında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Bütün dünya ölkələrimiz arasında olan səmimi dostluq və qardaşlıq əlaqələrinin şahidi oldu. Türkiyə Prezidentinin Şuşaya tarixi səfəri isə bu münasibətləri daha da irəli aparacaq, eyni zamanda digər türkdilli dövlətlər arasında əlaqələrin bundan sonra daha fərali formatda inkişafı üçün təkan yaradacaq. Türkiyə və Azərbaycan arasında imzalanan sənədlər əlaqələrin inkişafı istiqamətində atılan son dərəcə önəmli addımdır.”
Daha sonra Leyla Məmmədova vurğulayıb ki, Türkiyə Prezidentinin Şuşaya səfəri ölkələrimiz, xalqlarımız və dövlət başçılarımız arasında olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin bu gün ən yüksək səviyyədə oluğunun ən bariz göstəricilərindən biridir: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri həqiqətən də həm ölkələrimiz üçün, həm də bütün Türk dünyası üçün son dərəcə böyük əhəmiyyət kəsb edən bir tarixi hadisədir. Nəzərə alsaq ki, Prezident Ərdoğan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilk dəfə səfər edir, bu zaman səfərin günü və təyinat nöqtəsi seçiminin heç də təsadüfi olmadığını əminliklə demək olar. Heç şübhəsiz Şuşanın işğaldan azad edilməsi təkcə Azərbaycan üçün deyil, bütün müsəlman və Türk dünyası üçün olduqca əhəmiyyətli bir hadisə idi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şuşanı azad edən Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqaz regionunda kimin əsl söz sahibi olması məsələsinə bir daha aydınlıq gətirdi və faktın müzakirəyə belə açıq olmadığını bütün dünyaya nümayiş etdirdi. Türkiyə Prezidentinin Şuşaya səfəri isə Azərbaycanın arxasında qardaş ölkənin timsalında belə bir böyük gücün durduğunun və artıq bu ölkələr arasındakı strateji müttəfiqliyin daha güclü birliyə çev”rildiyinin növbəti təsdiqi oldu. Səfərin məhz 15 iyun tarixində baş tutmasını isə bu mübarək günün Azərbaycan xalqının tarixində həqiqətən böyük başlanğıclar günü olduğuna dair bir işarə kimi qəbul etmək lazımdır. Ulu öndərin dühasından doğan Qurtuluş yolunun bu gün bütün Türk dünyasının yeni formatda birliyinə aparan bir başlanğıc olması Heydər Əliyev siyasi kursunun bundan sonra da bütün bəşəriyyətin rifahına, inkişafına misilsiz töhfələr verəcəyini göstərir
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-09-2025