AZ RU Mobil versiya
Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir
Tarix: 24-06-2021 | Saat: 09:42
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də ilk dəfə olaraq erməni işğalından azad olunan Şuşa şəhərinə etdiyi səfər çox böyük tarixi əhəmiyyət kəsb edir. Ölkələrimiz, xalqlarımız və birbaşa dövlət başçılarımız arasında olan dostluq və qardaşlıq münasibətlərinin belə yüksək səviyyəsi birmənalı olaraq Cənubi Qafqazda regional sülhün və inkişafın əsas təminatçısı kimi çıxış edir. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır və bu sənəddə əks olunan bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Buna görə də demək olar ki, Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. 

Prezident İlham Əliyevin də öz çıxışında dediyi kimi, Bəyannamə strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edir. Belə ki, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, həmçinin enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi Bəyannamədə xüsusi olaraq qeyd olunub. Bütün bunlar isə ölkələrimiz arasında keyfiyyətcə daha yüksək işbirliyinin etibarlı əsasını təmin edir.

Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşada imzaladıqları tarixi Bəyannamənin əhəmiyyətinə gəlincə, demək olar ki, Azərbaycanın ötən əsrin sonlarında artıq ikinci dəfə öz müstəqilliyini bəyan etməsindən sonra qardaş Türkiyə ilə daim genişlənməkdə və inkişaf etməkdə olan münasibətləri bu gün özünün ən pik zirvəsindədir. Bütün bu illər ərzində, eləcə də əvvəlki tarixi dövrlərdə Azərbaycan və Türkiyə xalqları hər zaman biri-birilərinin həm sevinclərini, həm kədərlərini bölüşüblər. Müasir dövrdə isə ölkələrimiz arasında olan əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsi zamanı bütün dünya bir daha bunun şahidi oldu. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu, gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı. Bir qədər sonra isə, Bakıda, Azadlıq meydanında keçirilən Zəfər paradında Azərbaycan və Türkiyə Prezidentlərinin yan-yana dayanmaları Ulu Öndər Heydər Əliyevin ölkələrimiz və xalqlarımız arasında olan qardaşlığın ən bariz təcəssümü olan “Bir millət, iki dövlət” konsepsiyasının ölməzliyini bir daha bütün dünyaya nümayiş etdirdi. 

Türkiyə Prezidentinin Şuşa səfəri zamanı Prezidentlər arasında Müttəfiqlik haqqında Bəyannamənin imzalanması isə ölkələrimiz arasında strateji tərəfdaşlığın yeni mərhələsinə keçidi təmin etmiş oldu. Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyəti bundan ibarətdir ki, bu bəyannamənin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri yeni, daha yüksək bir mərhələyə qədəm qoyub. Bu tarixi sənəd hər iki ölkənin regionda ümumi maraqlarının qorunması baxımından imkanlarını birləşdirməklə, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərini qarşılıqlı şəkildə əlaqələndirməklə ölkələrimizin regional və beynəlxalq proseslərdə rolunu, nüfuzunu daha da artıracaq. 
Şuşa Bəyannaməsində Zəngəzur dəhlizi ilə bağlı konkret açıqlamaların yer alması Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqların təhrif olunmasına yol verməyəcəyinə dair növbəti ciddi mesaj oldu. Şuşa Bəyannaməsində diqqəti cəlb edən mühüm cəhətlərdən biri də bu sənəddə yüz il bundan əvvəl imzalanmış Qars müqaviləsinə istinadların yer almasıdır. Son dərəcə önəmli məqam odur ki, Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün artıq Türkiyə ilə Azərbaycanı dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması istiqamətində konkret əməli işlər görülür. Müttəfiqlik haqqında Şuşa Bəyannaməsində bu məsələnin əks olunması isə aparılan işlərin hər hansı bir qüvvə tərəfindən əngəllənməsini artıq tamamilə qeyr-mümkün edir.

Roman Abbasov,
YAP Göygöl rayon təşkilatının Kapital Bank ASC-nin Göygöl filialı ərazi ilk partiya təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi

6130 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-08-2021
03-08-2021