Kamaləddin Qafarov: “Ən qorxulu epidemiyalar son nəticədə məhz vaksinasiya yolu ilə aradan qaldırılıb”
Tarix: 22-06-2021 | Saat: 13:11
Bölmə:Manşet / Siyasət / Seçilənlər-2 | çapa göndər
“COVİD-19-a qarşı vaksinasiya mövzusunda danışarkən, ilk növbədə, bir həqiqəti etiraf etməliyik ki, bu gün dünyada vaksin preparatlarının bölüşdürülməsi məsələsində ədalətlilik prinsipi tam tətbiq olunmur. Buna görə də iqtisadi qüdrəti nisbətən zəif olan ölkələr öz əhalisini vaksinlərlə təmin edə bilmirlər. Belə bir mürəkkəb beynəlxalq vəziyyətdə Azərbaycana tələb olunan effektiv, keyfiyyətli və təhlükəsiz vaksinlərin vaxtında, kifayət qədər və hətta insanlarımıza istehsalçı şirkətlər arasında seçim edə bilmək imkanı verməklə gətirilməsi böyük nailiyyətdir və bu nailiyyət bütünlüklə Ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyəti, iradəsi və ciddi səyləri sayəsində əldə olunub. Azərbaycanın dünyaya təqdim etdiyi pandemiya ilə mübarizə modeli artıq neçə müddətdir ki, ən optimal variant olaraq qalmaqdadır.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin üzvü Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, ölkəmiz COVİD-19 əleyhinə keyfiyyətli və təhlükəsiz vaksinlərin vaxtında gətirilməsi Azərbaycan dövlətinin pandemiya ilə ümumi mübarizə strategiyasının əsas tərkib hissəsidir: “Qeyd etmək lazımdır ki, Azərbaycanın immunoprofilaktika sahəsində dövlət siyasəti yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınmasına yönəldilmişdir. Mövcud pandemiya şəraitində bu istiqamətdə dövlət tərəfindən reallaşan zəruri tədbirlər yüksək effektivliklə həyata keçirilir. Bunlardan biri də əhali arasında planlı vaksinasiyanın aparılmasıdır ki, bu da “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın qəbul edilməsindən sonra daha mütəşəkkil formada həyata keçirilir.
Bu strategiya özündə yalnız dövlət tərəfindən həyata keçiriləcək vaksinasiya tədbirlərini əhatə edir. Azərbaycan dövləti hər zaman olduğu kimi, ölkədə pandemiya ilə mübarizə tədbirlərinin həyata keçirilməsi məsələsində də ilk növbədə ümummilli maraqlardan çıxış edib və yaranmış vəziyyətdə insan sağlamlığı faktoru əsas prioritet elan olunub. Dünyada pandemiya ilə bağlı gedən proseslərin müşahidəsi göstərdi ki, zamanında Azərbaycanda xüsusi karantin rejiminin yaradılması, eləcə də qabaqlayıcı tədbirlərin görülməsi dünya ölkələrində olan faciəvi sonluqların ölkəmizdə yaşanmasının qarşısını aldı. Hətta pandemiyaya qədər dünyada qabaqcıl səhiyyə sisteminə malik olduğu hesab edilən bir çox ölkələr çətin durumda qaldığı, tibbi ləvazimat, xəstəxanalarda yer çatışmazlığı, xəstələr arasında çoxsaylı ölüm halları fəlakət həddinə çatdığı vaxtlarda Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə koronavirusla mübarizə məqsədilə bir çox modul tipli xəstəxanalar inşa edildi ki, onların da istifadəyə verilməsi ölkə üzrə ümumilikdə xəstəxanalarda çarpayı ehtiyatını artırmağa əhəmiyyətli kömək oldu. Möhtərəm Prezidentimiz hələ 2020-ci ilin aprel ayında nazirlərin iştirakı ilə keçirdiyi iclasda demişdir: “Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir.”
Bu aydın hədəflər nəticəsində Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi. Uzaqgörən və çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu.”
Kamaləddin Qafarov ölkəmizdə koronavirusla mübarizə tədbirlərinin ən yüksək səviyyədə aparılmasına rəğmən pandemiyaya tam qalib gəlmək üçün kütləvi peyvənd olunmağın yenə də zəruri şərt olaraq qaldığını da vurğulayıb. Millət vəkili bildirib ki, özümüzün və yaxınlarımızın həyat və sağlamlıqlarını ən təminatlı şəkildə qorymaq üçün peyvənd olunmaq mütləq lazımdır: “Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz və ən effektiv vasitədir. İnsanın immun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zaman qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur. Bütün klinik yoxlamalar 10 minlərlə insana tətbiqi zamanı bəzi hallarda yalnız zəif allergik reaksiya ilə nəticələnmişdir. Nəzərə almaq lazımdır ki, yalnız artıq bir dəfə bu xəstəliyə yoluxmuş və bir də peyvən olunmuş insanlarda lazım olan immunitet yaranır. Əks halda isə hətta gənc və tam sağlam insanlar da xəstələnə və ən pis halda həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur.”
K. Qafarov vaksinasiyanın cəmiyyətimizin yenidən normal həyata dönə bilməsi və yaranmış iqtisadi çətinliklərin aradan qaldırılması üçün də olduqca önəmli olduğunu xüsusi qeyd edib: “Bu gün COVID-19 səbəbindən dünyanın hər yerində şagird və tələbələrin təhsili məhdudlaşıb. Dünyada 1 milyarda yaxın şagird təhsilini davam etdirə bilmədi. Pandemiya haqlı olaraq “müasir dövrdə təhsilə vurulan ən böyük zərbə” hesab edilir. Etiraf olunmalıdır ki, pandemiya Azərbaycanda da təhsil sisteminə hiss edilə biləcək neqativ təsirlər göstərmişdir. Bu səbəbdən vaksinasiya təhsildəki itkiləri bərpa etmək və uşaqlara etibarlı bir gələcək yaratmaq üçün çox vacibdir. Eyni sözləri iqtisadi sahəyə də aid etmək olar. Peyvənd olunmaqla iqtisadiyyata vurulan ziyanın qarşısı alın bilər. COVID-19 səbəbindən turizm, iaşə obyektləri, hava yolu, səyahət və digər sahələrdə böyük iqtisadi itkilər yaşanmaqdadır və bütün dünyada milyonlarla insan iş yerini itirib. Həmçinin kütləvi vaksinasiya ölkənin mədəni həyatını da canlandıracaq, insanların gündəlik həyatında sosial aktivlik artacaq. Peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur. Həm də nəzərə almaq lazımdır ki, dünya səhiyyəsinin tarixində bəşəriyyəti təhdid edən ən qorxulu epidemiyalar hər zaman son nəticədə məhz vaksinasiya yolu ilə aradan qaldırılıblar. Son yüz ildə peyvəndlər bir çox xəstəliyin zərərlərinin və ölüm hallarının azalmasına kömək olub. Bu gün də bəşəriyyət yeni bir ağır yoluxucu xəstəliyin, COVİD-19 pandemiyasının ciddi təhdidi ilə üz-üzədir. Bu təhdidin aradan qaldırmanın yeganə yolu da məhz vaksinasiyadır. Əminəm ki, Azərbaycan xalqı dövlətimiz və millətimiz üçün həyati əhəmiyyət kəsb edən bu vacib məsələ də sarsılmaz həmrəylik nümayiş etdirərək ən qısa zamanda kütləvi vaksinasiyanı başa çatdıracaq.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-11-2024
13:39 SAKİT İLKİN-65