Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır
Tarix: 22-06-2021 | Saat: 09:41
Bölmə:Siyasət | çapa göndər

Məlum olduğu kimi, Vətən müharibəsində əldə edilən böyük Qələbədə vacib rol oynayan amillərdən biri də Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu siyasətinin düzgün aparılması idi. Belə ki, bu siyasət Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən yeni dövrün tələbləri səviyyəsində inamlı şəkildə davam etdirilib. Dövlət başçısının son illərdə qəbul etdiyi qərarlar, atdığı inamlı addımlar qüdrətli ordu yaratmaq istiqamətində lazım olan bütün zəruri tədbirlərin həyata kecirilməsini təmin edib.
Ordununqüdrətli, müasir və dağıdıcı gücə malik silahlarla təchiz olunması ilə yanaşı, döyüş meydanında son sözünü deyən insan faktoruna da ehtiyac var. Belə ki, döyüşə atılan insanların Vətən sevgisi və inandığı amal uğrunda gözünü qırpmadan canından keçməyə hazır olması vacibdir. Vətən müharibəsində uğur qazanmağımızda Azərbaycanın əsgər və zabitlərinin peşəkarlığı, cəsurluğu, vətənpərvərliyi, inamı, qələbə əzmi, döyüş əhval-ruhiyyəsi çox önəmli idi. Yeni tarix yazan müzəffər Ordumuzun hərbi qulluqçularının göstərdiyi rəşadət, igidlik, qanı və canı bahasına əldə olunmuş tarixi Qələbə hər birimizə qürürverici anlar yaşatdı.
Böyük Qələbəmizdə bütün qoşun növlərinin öz payı var. 44 gün ərzində ərazilərin azad olunmasında xüsusi təyinatlıların xidməti isə əvəzsiz olub. Ümumilikdə, döyüş əməliyyatlarında Ordu korpusları, sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvandakı Əlahiddə Ordunun xüsusi təyinatlı qüvvələri iştirak edərək ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanmasında böyük rol oynayıblar. Cəbhə aviasiyası, pilotsuz uçuş aparatları isə Azərbaycan Ordusunda itkilərin minumuma endirilməsində əvəzsiz yer tutub. Pilotsuz uçuş aparatları təkcə zərbə və kəşfiyyat funksiyalarını deyil, həm də atəşin təshih edilməsi funkiyalarını yerinə yetirirdi. Bəzi kadrlardan da məlum olduğu kimi, hədəf dəqiq müəyyən olunur, mərmi isə hədəfi vurur. Buna görə də bütün bu əməliyyatların kombinasiyası uğurla nəticələnib.
Şanlı tariximiz olan 44 günlük Vətən müharibəsi bu gün nəinki ölkəmizdə, hətta dünyanın ən aparıcı ölkələrinin ali hərbi məktəblərində də dərindən öyrənilir. Hər bir Azərbaycan vətəndaşının bu gün ordumuzla fəxr etməyə haqqı var. Çünki Vətən müharibəsində əldə olunan şanlı qələbə bütün dünyaya ordumuzun qüdrətini bir daha nümayiş etdirdi. Sübut olundu ki, bu günlərdə yaranmasının 103 illiyi tamam olan Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.
Adil Axundov,
YAP Göygöl rayon təşkilatının Əlimədədli kənd ümumi orta məktəb ərazi ilk partiya təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-09-2025