Mobil versiya
Beynəlxalq münasibətlər sistemində Türkiyə-Azərbaycan əfsanəsi
Tarix: 18-06-2021 | Saat: 15:12
Bölmə:Siyasət | çapa göndər

Beynəlxalq münasibətlər sistemində Türkiyə-Azərbaycan əfsanəsi



Dünya sivilizasiyasının yarandığı gündən etibarən bütün ictimai-siyasi formasiyalarda müttəfiqlik münasibətlərinə malik dövlətlərarası təcrübəyə çox rast gəlinmişdir. Qədim Yunan şəhər dövlətlərindən tutmuş müasir dövrümüzə qədər eyni mövqedə və eyni ittifaqda olan çoxsaylı dövlətlər mövcud olmuşdur. İstər Qədim Şərq, istərsə də müasir inkişaf etmiş Qərbin tarixində dövlətlərin birgə fəaliyyətinin mahiyyətində diplomatiya, iqtisadi və siyasi maraqlar dururdu. Bəşəriyyət yarandığı gündən bu günə kimi Azərbaycan-Türkiyə dostluq və qardaşlığının tayı-bərabərinə cahan mülkündə rastlanmamışdır. Çünki bizim dostluğumuzun mayasında “Bir ananın iki oğlu” qayəsi dayanır. Bu iki dövlətin dini, dili, mədəniyyəti, adət-ənənəsi, dünyaya baxışı eynidir. Bu qədər yaxınlığı olan, bütün ruhu qanı, canı ilə “ət və dırnaq” kimi bir birinə doğma olan ikinci bir dövlət tapmaq mümkün deyil. Türkiyə və Azərcaycan dostluğu bütün dünyanı heyrətə gətirəcək və qibtə etdirəcək gücə sahibdir. Qədim türk eposu olan Kitabi-Dədə Qorqud dastanında deyildiyi kimi “zaman-zaman da qara donlu kafir düşmənin” qorxulu yuxusuna çevrilən bu qardaşlıq münasibətləri amansız qısqanclıqlarla qarşılanmışdır. Bizim bu qardaşlığımızı gözü götürməyən mənfur düşmənlər zaman-zaman bizi bir birimizlə savaşdırmağa küskün salmağa çalışsalar da buna nail ola bilməmişlər. Çünki bizim dostluğumuz heç bir marağa, mənafeyə söykənmir. Bizim qardaşlığımız milli maraqlar üzərində qurulmuşdur. Türkiyə ilə Azərbaycanın hədəfləri, milli maraqları və dünyaya açılan politikaları eynidir.

Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 ilə yaxın işğal altında qalmış qədim Şuşa şəhərinə səfəri və orda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə birlikdə Şuşa bəyannaməsini imzalanması dünyaya bir daha hayqırdı ki, iki qardaş dövlət hər zaman bir birinin arxasındadır. Eyni zamanda bu regionda sülhün, təhlükəsizliyin və sabitlyi bərqərar olunmasına xidmət edir. Artıq Cənubi Qafqazda yeni geosiyasi güclər formalaşır. Azərbaycanın Qarabağda qazandığı qələbədən sonra bölgədəki mövqeyi xeyli güclənmiş, nüfuzu artmışdır. Türkiyə daxil olmaqla bütün türk dünyasını birləşdirəcək körpü rolunu oynayan Zəngəzur dəhlizi çox böyük geostrateji əhəmiyyətə malikdir. 30 ilə yaxın işğal altında olan Qarabağ bölgəsi erməni vandalizminin təsirinə məruz qalmışdır. Bölgədə yerləşən bütün şəhərlərdə müsəlman-azərbaycanlılara aid nə varsa hamısı yox edilmiş, qarət edilib dağıdılmışdır. Bu gün dünya mətbuatı və diplomatiyası bunu açıq aydın öz gözləri ilə şahidi olurlar və öz təəsüf heyrətlərini gizlətmirlər.Ən müqəddəs ibadət ocaqlarımızın, məsdilərimizin təhqir edilərək ordan tövlə kimi istifadə edilməsi insanlığa qarşı yönəldilmiş bir mənəvi terror aktı kimi dünya ictimaiyyətinə çatdırılır.

2021-ci il iyun ayının 16-da Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan Parlamentində çox geniş və mənalı çıxışı olmuşdur. Bu çıxışda Türkiyə ilə Azərbaycan arasında olan bütün münasibətlərə toxunulmuş və qeyd edilmişdir ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Əsrin əvvələrində Azərbaycana yardıma gəlmiş türk ordusunun və türk sərkərdələrinin rəşadəti hər bir azərbaycanlının qəlbində daima yaşayacaqdır. Ermənilərin Zəngəzurda Qarabağda, Naxçıvanda, Qubada, Bakıda və Göyçayda törətdikləri vəhşiliklərin, qətliamın qarşısını şanlı türk ordusu almış və Bakını düşmən işğalından azad etmişdir. Eyni zamanda Qarabağ savaşında Türkiyə başdan sonadək hər zaman bizim yanımızda olub. Qars müqaviləsindən 100 il sonra Şuşa bəyannaməsinin imzalanması bir daha subut etdi ki, Türkiyə və Azərbaycan hər zaman qardaşlıq əlini bir birinə uzadacaqdır. Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğanın Milli Məclisdə səsləndirdiyi: “Bu zəfərdən kimsə rahatsız olmasın. Bu zülmün deyil, ədalətin zəfəridir” fikirlər bölgədə sabitliyi əmin-amanlığı düşünən hər bir kəs üçün, çox önəmli mesajlar ehtiva etmiş oldu. Yaşasın Azərbaycan- Türkiyə qardaşlığı! Tanrı Türkü hifz eləsin!

Samir Hüseynov,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-09-2025