Mustafa Nöhbalayev: “Azərbaycan-Türkiyə birliyi yeni regional reallıqların təhrif olunmasına qətiyyən tol verməyəcək”
Tarix: 16-06-2021 | Saat: 14:17
Bölmə:Siyasət | çapa göndər

“İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə olaraq erməni işğalından azad olunan Şuşa şəhərinə tarixi səfər edib. Bu səfərin artıq özü-özlüyündə çox böyük tarixi əhəmiyyət kəsb edir. Ölkələrimiz və xalqlarımız arasında olan dostluq və qardaşlıq münasibətlərinin belə yüksək səviyyəsi birmənalı olaraq regional sülhün və inkişafın əsas təminatçısı kimi çıxış edir. Türkiyə Prezidentinin Şuşa səfəri zamanı ölkələrimiz arasında müttəfiqlik haqqında Bəyannamənin imzalanması isə bu səfərin əhəmiyyətini daha da yüksəltmiş oldu.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Quba rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Quba rayon təşkilatının İdarə Heyətinin üzvü Mustafa Nöhbalayev deyib.
Hakim partiya təmsilçisi bildirib ki, Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır və bu sənəddə əks olunan bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır: “Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. Qeyd olunmalıdır ki, Şuşada imzalanmış Bəyannamə də tarixə əsaslanır. Bəyannamədə bir əsrlik tarixi olan Qars sazişinə istinadlar yer alıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də öz çıxışında dediyi kimi, Bəyannamə strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edir. O cümlədən beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi xüsusi olaraq qeyd olunub. Bütün bunlar isə ölkələrimiz arasında keyfiyyətcə daha yüksək işbirliyinin etibarlı əsasını təmin edir.”
Daha sonra Mustafa Nöhbalayev Şuşa Bəyannaməsində müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin öz əksini tapmasının xüsusi önəm kəsb etdiyini vurğulayıb: “Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, ayrıca bir tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, ölkələrimiz bundan sonra da hər zaman bir yerdə olacaq və bir-birinin təhlükəsizliyini təmin edəcək. Həmçinin Bəyannamədə öz əksini tapmış hərbi sənaye sahəsindəki əməkdaşlıq məsələsi tərəfdaşlığın əhəmiyyətini və ölkələrin qüdrətini artıran bir məqamdır. Bilirik ki, İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Yeni əməkdaşlıq çərçivəsində Azərbaycan artıq bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcək.”
Həmçinin Mustafa Nöhbalayev öz açıqlamasında belə bir məqamı da xüsusi olaraq vurğulayıb ki, Şuşa Bəyannaməsində Geosiyasi əhəmiyyətə malik olan birgə nəqliyyat layihələri ilə bağlı konkret açıqlamaların yer alması Azərbaycanın və Türkiyənin Cənubi Qafqazda mövqeylərini daha da gücləndirir: “Şuşa Bəyannaməsində diqqəti cəlb edən mühüm cəhətlərdən biri də bu məqamdır ki, sənəddə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu, heç şübhəsiz İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi reallıqların təzahürlərindən biridir və Azərbaycan artıq bu reallıqların təhrif olunmasına qətiyyən tol verməyəcək. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün artıq Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması istiqamətində konkret əməli işlər görülür. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması isə aparılan işlərin hər hansı bir qüvvələr tərəfindən əngəllənməsini artıq tamamilə qeyr-mümkün edir. Bundan sonra Azərbaycan-Türkiyə birliyi Cənubi Qafqazda sülhün və əmin-amanlığın ən etibarlı təminatçısı olacaq.”
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-09-2025