Mobil versiya
Bütün təxribat cəhdlərinə baxmayaraq, Azərbaycan öz sərhədlərini bundan sonra da möhkəmləndirəcək
Tarix: 11-06-2021 | Saat: 18:17
Bölmə:Siyasət | çapa göndər

Bütün təxribat cəhdlərinə baxmayaraq, Azərbaycan öz sərhədlərini bundan sonra da möhkəmləndirəcək


Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri böyük maraqla izlənilir. Hər səfər zamanı yeni təməlqoyma mərasimləri düşmənə və onun havadarlarına göz dağı olur. Məğlub Ermənistan isə ağır iqtisadi durumla üz-üzədir. Ordusu darmadağın edilib və 10 mindən çox fərarisi var. Ancaq Ermənistan sərhədboyu ərazilərdə təxribatlar törətməklə işğalçılıq siyasətindən əl çəkmək istəmir və layiqli cavabını alır. Bu vəziyyətdə Ermənistanın qalib Azərbaycanla hərbi ritorika ilə danışması ağılsızlıqdır. Ancaq bütün dünyaya da bəllidir ki, Azərbaycan mövcud problemlərin dinc yolla həllini istəyir.

Dövlətimizin başçısının Ağdama son səfəri zamanı Ermənistan tərəfinin təxribatçı əməllərdən əl çəkmədiyini bir daha diqqətə çatdırıb və həm düşmənlərimizə, həm də onların havadarlarına önəmli mesajlar verib. Prezident bəyan edib ki, əgər biz görsək ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə var, dərhal düşməni yerindəcə məhv edəcəyik. Yəni, “Dəmir yumruq” yerindədir və hər an düşmənə zərbə endirməyə hazırdır. Prezident İlham Əliyev deyib ki, Ermənistanda 30 il ərzində dövlət qurmaq mümkün olmayıb. Ölkə başçısı qeyd etdi ki, bu xalq ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir. Əgər bu işğal, düşmənçilik olmasaydı, bu vəhşilik ermənilər tərəfindən xalqımıza qarşı törədilməsəydi, bu gün bəlkə də Ermənistan da müstəqil dövlət kimi yaşaya bilərdi. Onların özləri də etiraf edirlər ki, öz sərhədlərini qoruya bilmirlər.
Son 30 ildə beynəlxalq aləmdə baş verən hadisələr də təsdiqləyir ki, Ermənistanın yalnız adı müstəqil olub. Əslində, heç vaxt müstəqil siyasət yeritməyib. Avropanın və Qərbin bir sıra dövlətlərinin əlində alətə çevrilən bu ölkə müxtəlif dövlətlərdən və diasporlardan aldığı ianələr hesabına yaşayır. Dövlətimizin başçısı o məqamı da diqqətə çatdırdı ki, faktiki olaraq, Ermənistan müstəqil yaşamaq imkanına malik olmayıb, kiminsə hesabına müəyyən ambisiyalarını həyata keçirməyə vərdiş edib. Bu gün məğlub Ermənistan yeritdiyi işğalçılıq siyasətinin ağır nəticəsi ilə üzləşib. Üzləşdiyi problemləri həll etmək üçün də müxtəlif yollar axtarır.

Ermənistanın bu münasibəti Azərbaycanla sərhəddə yaratdıqları insidentdə də özünü göstərir. Onlar yenə də müxtəlif ölkələrdən yardım istəyir, hətta hərbi yardımlar üçün müraciət edirlər. Lakin bunların heç birinin nəticəsi olmayacaq, çünki əməkdaşlığın alternativi yoxdur. Bütün təxribat cəhdlərinə baxmayaraq, Azərbaycan öz sərhədlərini bundan sonra da möhkəmləndirəcək.

Mübariz Qocayev,
YAP Göygöl rayon təşkilatının Dozular kənd tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-09-2025