YAP Samux rayon təşkilatı və Mədəniyyət Mərkəzi ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı “ Xalqın xilaskarı” mövzusunda onlayn tədbir keçirildi - FOTOLAR
Tarix: 11-06-2021 | Saat: 16:55
Bölmə:Siyasət | çapa göndər

YAP Samux rayon təşkilatı və Mədəniyyət Mərkəzi ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə Milli Qurtuluş günü münasibəti ilə “ Xalqın xilaskarı” mövzusunda onlayn tədbir keçirildi.
11 iyun 2021 –ci il tarixdə YAP Samux rayon təşkilatı və Mədəniyyət Mərkəzi ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə Milli Qurtuluş günü münasibəti ilə “ Xalqın xilaskarı” mövzusunda onlayn konfrans keçirildi. Konfransda YAP Samux rayon təşkilatının aparat işçiləri və Mədəniyyət Mərkəzi ərazi ilk partiya təşkilatının üzvləri iştirak edirdilər.
Konfransa sədrlik edən Samux rayonu Mədəniyyət Mərkəzinin direktoru Arif Məmişov ilk öncə Azərbaycan xalqının taleyinin dəyişdiyi və müasir Azərbaycan dövləti üçün xilaskarlıq tarixi kimi qeyd olunan möhtəşəm gün “15 İyun – Milli Qurtuluş Günü” bayramı münasibətilə konfrans iştirakçılarını təbrik etdi.
Natiq 1993-cü ilin iyununda Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslərə geniş nəzər salıb, dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdurmasının aradan qaldırılmasında Ulu Öndərin tarixi xidmətlərindən danışdı. Ümummilli lider Heydər Əliyevin tarixi qayıdışı ilə xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirməsini, Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsinin müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsasının qoyulmasını diqqətə çatdırdı.
Daha sonra konfransda iştirak edən YAP üzvləri Süleyman Əliyev,Bəxtiyar Muradov, Lalə Məmmədova, Şəlalə Tağıyeva, Ülviyyə Tağıyeva, Qiyas Əsgərov və Bülbül Kərimova həmin dövr respublikanın daxilində və xaricində yaranmış mürəkkəb vəziyyət, ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışının tarixi zəruriliyindən söhbət açdılar. Natiqlər 1993-cü ilin iyun ayında xalqımızın zamanın daha bir ağır sınağı ilə - Azərbaycan Respublikasının və xalqımızın milli varlığının, dövlətçiliyinin məhv olması təhlükəsi ilə qarşılaşmasını diqqətə çatdırdılar. Azərbaycanın müstəqilliyi üçün ağır sınaqlar dövründə xalqımızın bütün ümidlərini bağladığı ulu öndər Heydər Əliyevə hərtərəfli dəstək verməsindən, Vətənimizin suverenliyinin möhkəmləndirilməsi, qardaş qanının axıdılmasının qarşısının alınması üçün Ulu Öndərə üz tutmasından danışdılar. Ümummilli liderin siyasi arenaya dövlət başçısı kimi dönüşünün milli qurtuluş tariximizin əsasını qoymasını diqqətə çatdırdılar. Bundan sonra əldə etdiyimiz bütün uğurların tarixə qızıl hərflərlə yazılmış təntənəli bir günün məntiqi nəticəsi olduğunu vurğuladılar.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-05-2025