Mobil versiya
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Rusiya Patriarxına başsağlığı verib
Tarix: 11-06-2021 | Saat: 13:34
Bölmə:Manşet / Siyasət | çapa göndər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Rusiya Patriarxına başsağlığı verib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Moskvanın və Bütün Rusiyanın Patriarxı Zati-müqəddəsləri Kirillə başsağlığı məktubu göndərib.

Başsağlığında deyilir: "Zati-müqəddəsləri, Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı barədə xəbər bizi dərindən kədərləndirdi.

Arxiyepiskop Aleksandrın fədakar əməyi, parlaq vaizlik istedadı, Azərbaycan–Rusiya dostluğunun, konfessiyalararası həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsinə böyük şəxsi töhfəsi ona haqlı olaraq müxtəlif millətlərin və dini etiqadların nümayəndələri arasında dərin hörmət qazandırmışdır. Onun xatirəsi qəlbimizdə daim yaşayacaq.

Zati-müqəddəsləri, bu kədərli anlarda ağır itki ilə əlaqədar dərin hüznlə başsağlığımızı qəbul edin".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-05-2025