Mobil versiya
“Veteranlara ayrılan kommunal ödənişlər 130 manata çatdırılsın”
Tarix: 11-06-2021 | Saat: 13:01
Bölmə:Siyasət | çapa göndər

“Veteranlara ayrılan kommunal ödənişlər 130 manata çatdırılsın”

Milli Məclisin deputatı Siyavuş Novruzov müharibə veteranlarının kommunal xərcləri üçün ayrılan vəsaitin artırılmasını təklif edib.

AiA.Az qafqazinfo-ya istinadən xəbər verir ki, millət vəkili parlamentdə çıxışı zamanı bildirib ki, hazırda müharibə veteranları kommunal xərclərin ödənilməsi ilə bağlı 80 manat müavinət alırlar:

"Hər bir veteran bundan fəxarət hissi keçirir. Ancaq ölkədə nəqliyyat və kommunal sahədə qiymətlər artıb. Ona görə təklif edirəm ki, müharibə veteranları üçün ayrılan kommunal ödənişlər 130 manata çatdırılsın. Biz bununla 100 mindən çox şəxsin kommunal ehtiyacının artırılmasına nail ola bilərik".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-05-2025